Siyasət

Prezident üç Komissiyanın tərkibini dəyişdirdi

Prezident İlham Əliyev Azərbaycan və Estoniya hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. “XəbərAl.az” xəbər verir ki, Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib: Komissiyanın həmsədri Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Komissiyanın üzvləri Xarici işlər nazirinin müavini İqtisadiyyat nazirinin müavini Maliyyə nazirinin müavini Energetika nazirinin müavini Dövlət Gömrük […]

İqtisadiyyat

Təhlükəli yüklərin daşınmasına lisenziya tələb olunmayacaq

Nazirlər Kabineti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nı təsdiq edib. “XəbərAl.az” xəbər verir ki, bu barədə sənədi Baş nazir Əli Əsədov imzalayıb. Sənədə əsasən, “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” […]

MARAQLI

Afrikada ən qədim insan məzarı tapıldı

Keniyada alimlər ən qədim insan məzarını tapıblar. “XəbərAl.az” TASS-a istinadən xəbər verir ki, 3 yaşlı uşağa aid olan cəsədin 78 min il əvvəl dəfn edildiyi məlum olub. Məzar Panqa-ya–Saidi mağarasında aşkarlanıb. Alimlər uşağa “Mtoto” adını veriblər. “Mtoto” qolları və dizləri sinəyə sıxılmış vəziyyətdə dəfn edilib. XəbərAl.az

Dünya

Ərdoğanla Putin telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. “XəbərAl.az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Dövlət başçıları telefon danışığı zamanı Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar. Bundan başqa, telefon danışığı zamanı Qarabağdakı mövcud vəziyyət də müzakirə olunub. […]

Sosial

Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın ölümü ilə bağlı nekroloq imzalayıb.  “XəbərAl.az” xəbər verir ki, nekroloqda deyilir: Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın […]

Xarici siyasət

ABŞ Azərbaycanın üç ermənini azad etməsini alqışlayıb

“ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır” . “XəbərAl.az” xəbər verir ki, bu fikri ABŞ dövlət katibi Entoni Blinken öz tvitter hesabında yazıb. “Biz hər iki tərəfi əsirlər, saxlanılanlar və qalıqlarla bağlı mübadilə müddətini tam və sürətlə tamamlamağa və saxlanılanlarla insani rəftar öhdəliklərinə hörmət etməyə çağırırıq”, – deyə o qeyd edib. XəbərAl.az

AKTUAL

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğ birgə məlumat yaydı-VİDEO

Livanlı muzdlu-terrorçunun cinayət işi üzrə istintaq yekunlaşmışdır  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə 44 günlük Vətən müharibəsi zamanı xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfər əldə olunmuşdur. Silahlı qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyi […]

Gündəm manset

Keçmiş rəis Bakıda pullu parkinq yaratdı — Qocayev BNA-nı saymır?

Bakıda daha bir qalmaqallı parkinq yaradılıb. XəbərAl.az xəbər verir ki, bu barədə oxuculardan biri məlumat verib. Onun sözlərinə görə, Port Baku ilə üz-üzə – Neftçilər prospektindən Dənizkənarı Bulvar tərəfdə maşınların park edilməsi pulludur. Vətəndaş sual verir ki, əgər Bakı Nəqliyyat Agentliyi Bakıda yerüstü parklanma yerlərinin pulsuz olduğunu bəyan edirsə, o zaman bu parkinqdə niyə “Çinar Avtoparkinq” […]

İncəsənət

Bu gün xalçaçıların peşə bayramıdır — TƏBRİK

Bu gün Azərbaycanda “Xalçaçı günü” kimi qeyd olunur. XəbərAl.az xəbər verir ki, sözügedən peşə bayramı ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova xalçaçıları təbrik edib: “Artıq 5-ci ildir ki, 5 may tarixini “Xalçaçı günü” kimi qeyd edirik. Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən təsis olunan peşə bayramı tariximizin, mədəniyyətimizin öyrənilməsi […]

İqtisadiyyat

“ƏDVGeriAl”la vətəndaşlara 70 milyon qaytarılıb

“ƏDVGeriAl” innovativ layihəsinin başlanmasından 1 il ötür.  “XəbərAl.az” xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukda paylaşım edib. O bildirib ki, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var: “Layihənin başlamasından indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb”. XəbərAl.az