Siyasət

“Azərbaycan “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır” – Prezident

“Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur”. XəbərAl.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasındakı çıxışında danışıb. Dövlət başçısı bildirib ki, bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, […]

İdman

UEFA-dan AVRO-2020 və təşkilatçı şəhərlərlə bağlı açıqlama

Futbol üzrə 2020-ci il Avropa çempionatı nəzərdə tutulan vaxtda keçiriləcək. XəbərAl.az xəbər verir ki, bu barədə UEFA-nın AVRO-2020-nin Stadionlarındakı Əməliyyat rəhbəri Andreas Şar “Sport-Express” nəşrinə açıqlamasında deyib. O bildirib ki, turnirə 12 şəhərin hamısı ev sahibliyi edəcək: “Bəli, vəziyyətin necə inkişaf etdiyini izləyirik. Amma bu an üçün 12 şəhərin hər biri siyahıdadır”. Qeyd edək ki, […]

Siyasət

Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir”

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları, tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. XəbərAl.az […]

Sənaye və energetika

Türkiyəli nazirdən Cənub Qaz Dəhlisi ilə bağlı AÇIQLAMA

“Azərbaycan və Türkiyənin siyasi dəstəyi olmadan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilə bilməzdi”. Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VII iclasında deyib. O bildirib ki, bu günə qədər Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP ilə Türkiyə 9,4 milyard kubmetr həcmində təbii qaz əldə edib. Nazir […]

Xarici siyasət

Rusiya XİN-dən azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı ilə bağlı AÇIQLAMA

Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib. XəbərAl.az xəbər verir ki, M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələr səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv […]

Siyasət

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı NRYTN-nin tabeliyindən çıxarıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə […]

Asiya

Zakir Həsənov: “Türkiyənin yanımızda olması bizi qürurlandırdı”

Türkiyənin Qars şəhərində Türkiyə və Azərbaycan hərbçilərinin “Qış təlimi-2021” təlimlərini izləyən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu söyləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən faydalanmaq bizim üçün vacibdir”, – deyə Azərbaycanın müdafiə naziri bildirib. Z.Həsənov qeyd […]

MDB

Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa edilir

Rusiyanın “Pegas Fly” aviaşirkəti fevralın 17-dən başlayaraq Nijni Novqoroddan Bakıya uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Uçuşlar Nijni Novqorodun “Striqino” aeroportundan həftədə bir dəfə fevralın 17-dən martın ayının 24-dək həyata keçiriləcək. “Uçuşlar çərşənbə günləri Nijni Novqoroddan yerli vaxtla 23:35-də yerinə yetiriləcək. Heydər Əliyev Hava Limanına eniş yerli vaxtla saat 03:35-də olacaq. Əks […]

Xarici siyasət

Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü – FOTO

Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akar ilə Türkiyənin Qars şəhərində iki qardaş ölkə hərbçilərinin iştirakı ilə keçirilən təlimləri izləyirlər. Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında fotolar yerləşdirilib. Fotolarda daha çox diqqət çəkən məqam isə Türkiyə Müdafiə naziri Hulusi Akarın çörəklərdən birini bölərək Zakir Həsənovla paylaşmasıdır.  

Hərbi

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak edirlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.  30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.