Sənaye və energetika

Türkiyəli nazirdən Cənub Qaz Dəhlisi ilə bağlı AÇIQLAMA

Sharing is caring!

“Azərbaycan və Türkiyənin siyasi dəstəyi olmadan Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilə bilməzdi”.

Bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fateh Dönməz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VII iclasında deyib.

O bildirib ki, bu günə qədər Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP ilə Türkiyə 9,4 milyard kubmetr həcmində təbii qaz əldə edib.

Nazir əlavə edib ki, 2023-cü ilə qədər TANAP vasitəsilə nəql olunan qazın həcminin 11 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır və bunun üçün artıq təbii qazı saxlamağa imkan verən anbar həcmi 4,1 milyard kubmetrə qədər artırılıb. 

Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının birgə kəşfiyyatı və işlənməsi barədə razılaşmaya diqqət yetirən F. Dönmez bu hadisənin iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcəyini deyib.

Nazir, Türkmənistanla Azərbaycan arasında “Dostluq” yatağının işlənməsi ilə bağlı imzalanmış memorandumun türkmən qazının Türkiyə istiqamətində nəql olunması üçün şərait yaradacağına ümid etdiyini qeyd edib.

Eləcə də, o, ötən il Qara dənizdə kəşf edilən 405 milyard kubmetr həcmində olan təbii qaz yatağının 2023-cü ildə istismara buraxılacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir