Müharibə

Ermənistan sərhədin Qazax istiqamətində təxribat törətdi, atəşkəs pozuldu

Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mənin təxribatları davam edir. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot […]

Ölkə

Bu gün gənclər günüdür

Hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. XəbərAl.az xatırladır ki, 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda ümummilli lider Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı sərəncamla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

Şou-Biznes

Azərbaycanın iki məşhur siması evlənir — FOTOLAR

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ikincə dəfə evlənməyə hazırlaşır. XəbərAl.az xəbər verir ki, musiqiçi uzun müddətdir aktrisa Aysel İbrahimova ilə eşq yaşayır. Cütlük hətta öz aralarında nişan da ediblər. Son günlər Hüseyn və Ayselin sosial şəbəkədəki paylaşımlarda bir-birinin ürək işarəsi qoyması da diqqətdən qaçmayıb. Onlar pandemiyadan sonra toy edəcəklər. Bu, həm aktrisanın, həm də Hüseynin ikinci […]

Xarici siyasət

Türkiyəyə şəxsiyyət vəsiqəsilə gedib-gəlmək: Ərdoğan təsdiqləyib, Əliyev də təsdiqləyəcək

Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı olaraq  gedib-gələ bilməsi Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb. XəbərAl.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti […]

İqtisadiyyat

BMT Azərbaycana 2 milyon dollar ayırdı

BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrindəki təcili humanitar fəaliyyəti dəstəkləmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, münaqişədən zərər çəkmiş bölgələrdə təşkilatın davam edən humanitar fəaliyyətini dəstəkləmək üçün Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb. Noyabrın 9-da imzalanmış üçtərəfli sazişdən sonra BMT-nin Azərbaycanda fəaliyyət göstərən […]

Hadisə

Sabiq nazir dəm qazından boğularaq öldü – Foto

Rusiyanın sabiq kənd təsərrüfatı naziri Aleksandr Nazarçuk vəfat edib. XəbərAl.az xəbər verir ki, bunu Altay diyarının hökuməti açıqlayıb. Bildirilib ki, A.Nazarçuk Altaydakı öz evində 81 yaşında dünyasını dəyişib. Keçmiş hökumət üzvünün dəm qazından boğularaq öldüyü ehtimal olunur. “Ölümün səbəbi hələlik bəlli deyil. Bu, araşdırmalardan sonra məlum olacaq. Belə yaşda ölümə səbəb çox şey ola bilər”, […]

Gündəm

Azərsu” rəhbərinin hamam biznesi – Qorxmaz Hüseynova məxsus obyektlərin fotoları yayıldı

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurası ötən gün Azərbaycanda suyun qiymətinin artırılmasına qərar verib.  Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq […]

Siyasət

İlham Əliyev Mevlüt Karakayanı qəbul edib

Fevralın 2-də Azərbaycan Prezident İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. XəbərAl.az xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının sədr müavini Mevlüt Karakaya partiyanın sədri Dövlət Baxçalının salamlarını Prezident İlham Əliyevə çatdırıb. O, dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfər münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Prezident İlham Əliyev […]

Mədəniyyət

“Netflix” məşhur rusiyalı fırıldaqçıya 320 min dollar ödədi

Dünyaca məşhur “Netflix” platforması əslən rusiyalı, əsl adı Anna Sorokina olan, özünü Anna Delvey kimi təqdim edən ABŞ-ın ən məşhur fırıldaqçılarından birinin hekayəsi üçün 320 min dollar ödəyib. Bu barədə “Haber Global” məlumat yayır. Özünü varlı varis kimi təqdim edən və Nyu-York cəmiyyətinə qatılmağa çalışan Sorokina 68 milyon dollarlıq mirasa sahib olduğunu deyərək bankları, hotelləri və […]

Gündəm

Prezident Səfər Mehdiyevi yıxıb sürüdü — “Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?”

“Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edir”. XəbərAl.az bildirir ki, bu barədə Prezident İlham Əliyev DGK-nın sədri Səfər Mehdiyevin ölkə rəhbərinə müraciətinə xitabən deyib: “Dövlət Gömrük Komitəsinin rəhbəri müraciət edib deyir ki, Şuşada Qarabağ Regional Mərkəzi yaradaq. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?”.  Qeyd edək ki, bu gün ölkə […]