Xarici siyasət

Türkiyəyə şəxsiyyət vəsiqəsilə gedib-gəlmək: Ərdoğan təsdiqləyib, Əliyev də təsdiqləyəcək

Sharing is caring!

Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı olaraq  gedib-gələ bilməsi Milli Məclisin 2021-ci il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

XəbərAl.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi səsə qoyularaq qəbul olunub.

Həmçinin sənədin təsdiqlənməsi  Azərbaycan prezidenti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfər zamanı şəxsiyyət vəsiqəsi ilə gəlib-gedə bilməsi Türkiyə Böyük Millət Məclisində (TBMM) səsə qoyularaq qəbul olunub. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiqləyib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir