Şou-Biznes

Qadağalı şou proqramlar: Restoran sahibləri KİMƏ GÜVƏNİR? – Fotolar

Ötən ilin 14 mart tarixindən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Artıq bu qadağanın tətbiqindən 11 ay keçib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan […]

Sosial

Diqqət: Bu şəxslərə SMS göndəriləcək

Vaksinasiya üçün randevunun götürülmə qaydası açıqlanıb. XəbərAl.az xəbər verir ki, bu barədə COVID peyvəndi üçün randevu götürülməsi təlimatında əksini tapıb. Bildirilib ki, “randevu.its.gov.az” saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. “Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən […]

Dünya

Navalnı 3.5 il müddətinə azadlıqdan məhrum edildi

Moskvanın Simonovski məhkəməsi, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin tələbi ilə Moskva Şəhər Məhkəməsində iclas keçirilib. XəbərAl.az xəbər verir ki, “İv Roşe” işi üzrə Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması haqqında qərar qəbul edilib. “Məhkəmə Cəzaların İcrası Federal Xidmətinin Aleksey Navalnı üçün şərti 3,5 il cəzasının həqiqi cəza ilə əvəz olunması […]

Müharibə

Minaaxtaranlarımız Türkiyədə xüsusi təlimlərə qatılıblar – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 23 nəfərlik şəxsi heyəti Türkiyədə təşkil olunan Xüsusi Mina Axtarış və Təmizləmə kursuna qatılıb. Türkiyənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, sözügedən kurslar İzmir şəhərində 3-29 yanvar aralığında təşkil olunub. İstehkam Məktəbi və Təlim Mərkəzi Komandanlığındakı kursu müvəffəqiyyətlə bitirən əsgərlərimiz artıq İzmirdən Azərbaycana yola salınıb. Qeyd edək ki, hazırda Azərbaycan və Türkiyə minaaxtaranları […]

Siyasət

Minatəmizləmə Agentliyinin Nizamnaməsi təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Müəyyən edilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır. Nazirlər Kabineti Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün […]

Sosial

“Azəriqaz” sayğacların sərfiyyatı uyğun hesablamadığı ilə bağlı açıqlamaya aydınlıq gətirdi

“Açıqlamada qeyd olunduğu kimi, söhbət istismar müddəti bitmiş qaz sayğaclarından deyil, dövrü dövlət yoxlanışı üçün açılıb götürülən sayğaclardan gedir”. XəbərAl.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib. O bildirib ki, mövcud qaydalara görə beş ildən bir əhali-abonent qrupunda məişət qaz sayğacları dövlət yoxlanışı üçün açılaraq götürülür və yerinə yenisi quraşdırılır. Qurumun […]

Siyasət

Dövlət başçısı Natiq Qarayevi yüksək vəzifəyə təyin etdi

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinə rəis təyin edilib. XəbərAl.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Natiq Sahib oğlu Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi təyin olunub. Dövlət başçısının digər […]

Siyasət

Prezidentdən Arzu Rəhimovla bağlı mühüm SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: general-polkovnik ali hərbi rütbəsi general-leytenant Arzu Yusif oğlu Rəhimova general-mayor ali hərbi […]

Siyasət

Bir qrup gəncə Prezident mükafatları verildi – SİYAHI

Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilib: Abbaszadə Orucəli Saleh oğlu Abdullayeva Nərgiz Cövdət qızı Əhmədov […]

Media

Diaspor Komitəsi xaricdə yaşayan jurnalistlərin müzakirə platformasını yaradır

Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramı çərçivəsində “Blits şərh” bölümünə start verilir. Dövlət Komitəsindən verilən məlumata görə, məqsəd xaricdə yaşayan azərbaycanlı jurnalistlərin müzakirə platformasını yaratmaq, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha yaxşı çatdırılması imkanlarını araşdırmaq, Avropa və qərbin media orqanları ilə əməkdaşlıq formatı istiqamətində fikir mübadiləsi aparmaqdır. Ayda […]