Siyasət

Xocalı Azərbaycan ordusuna qaytarılır – ŞOK İDDİA

Ermənistan hökuməti Xocalı və daha bir neçə yaşayış məntəqəsini Azərbaycan ordusunun nəzarətinə verməyi planlaşdırır. XəbərAl.az xəbər verir ki, bu məlumat Teleqramın erməni seqmentində yayılıb. Məlumata görə, ərazilərin erməni hərbi əsirlərin qaytarılması qarşılığında verilməsi nəzərdə tutulub. Hələlik bununla bağlı heç bir qərarın olmadığı, sadəcə danışıqların aparıldığı qeyd edilib.

Gündəm

Milyardları mənimsəyənlər sırasında Əli Həsənovun qaynının da adı var

“KİV, xüsusən köhnə komandadan yadigar qalanlar korrupsiya ilə mübarizə adı ilə on min, yüz min manat mənisəyənlər barədə palaz-palaz məqalələr yazırlar. Ancaq nədənsə milyardlar mənimsənilmiş Baku Steel Company haqqında susmağa üstünlük verirlər». XəbərAl.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib. A.İsmayılov bildirib ki, bu milyardları mənimsəyənlər sırasında Rasim Məmmədovdan və adları hallananlardan başqa Prezident Administrasiyasının […]

İdman

“DÇ-2022 azarkeşlərlə keçiriləcək” – FIFA prezidenti

Qətərdəki 2022-ci il dünya çempionatı azarkeşlərlə keçiriləcək. XəbərAl.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canini İnfantino açıqlama verib. Pandemiya ilə əlaqədar bir sıra yarışlar məhdud sayda azarkeşlə və ya ümumiyyətlə azarkeşsiz keçirilir. “Stadionlar tam dolu olacaq. O vaxtadək biz koronavirus pandemiyası ilə yaşamağa öyrəşəcəyik” – deyə İnfantino bildirib. Qeyd edək ki, DÇ-2022 gələn il 21 […]

Gündəm

Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sərt tənqid etdi

“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi […]