Xarici siyasət

Putin Cənubi Qafqazda təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla əməkdaşlığa ümid edir

Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə Yeni il münasibəti ilə təbrik məktubu göndərib. O, bölgədə sülh və təhlükəsizlik naminə Bakı ilə gələcək əməkdaşlığa ümid etdiyini bildirib. Bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. “İlham Əliyevə ünvanlanan təbrikdə qeyd olunub ki, belə bir çətin ildə də tərəflər Rusiya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın gücünə […]

Təhsil

“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olundu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi) üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub. Bu barədə DİM məlumat yayıb. Bildirilib ki, 9-cu siniflərə aid olan jurnalda buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq […]

Kriminal

DSX İrandan Azərbaycana narkotik keçirənləri saxladı – FOTO

29 dekabr tarixində Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsi üzrə xidməti təşkil edən sərhəd gözətçi gəmisi tərəfindən Neftçala ra­yo­­nunun Həsənabad kəndi istiqamətində 2 üzmə vasitəsi müşahidə olunub, tanınma üçün zəruri tədbirlər həyata keçirilərək hər birində 2 nəfər heyət üzvü olan “Bayda” tipli üzmə vasitələri olmaları müəyyən edilib.  DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd gözətçi […]

Cəmiyyət

Bayram günlərində marşrut avtobusları hansı qaydada işləyəcək? – RƏSMİ

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 31 yanvar 2021-ci il tarixinədək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə 2 yanvar gecə […]

Media

İsveçrəli jurnalist Andre Vidmer: “Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini xarabalığa çeviriblər”

Almaniyanın “Neues Deutschland” qəzetində jurnalist Andre Vidmerin müəllifi olduğu “Yandırılmış torpaq, yaralanmış ölkə” adlı məqalə dərc olunub. XəbərAl.az xəbər verir ki, jurnalist Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonuna və Tərtərin Suqovuşan kəndinə səfərindən bəhs edir. Məqalədə boya-başa çatdığı əraziyə geri qayıdan Xaliq Hümbətovun təəssüratları da yer alıb. Məqalənin girişində qeyd edilir ki, bir neçə […]

Ölkə

Bayram gününün hava proqnozu açıqlandı

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.   Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 […]

Asiya

Çavuşoğlu: “Türkiyə Aİ-yə daxil olmağa hazırdır”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin 2020-ci ildəki xarici siyasəti barədə qiymətləndirmələr edib. “Haber Global” məlumat verir ki, o, Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən də söz açıb: “Aİ ilə münasibətlərimizdə eniş-yoxuş oldu, xüsusilə Yunanıstan, Kiprin Yunanıstan tərəfi və Fransa ilə gərgin bir il oldu. Amma dekabr ayında “Türkiyə ilə daha yaxşı əlaqələr qurmalıyıq” deyən ölkənin […]

Hərbi

Vətən müharibəsində iştirak edən 82 mindən artıq hərbçimiz təltif olunub

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, müxtəlif orden və medallarla təltif olunurlar. Bu təltiflər Vətən Müharibəsində iştirak edən […]

Xarici siyasət

Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu 2020-ci ildə ölkəsinin xarici siyasəti barədə jurnalistlərə açıqlama verib. O, Qarabağ məsələsinə də toxunaraq, 2020-ci ilin ən önəmli məsələlərindən birinin Dağlıq Qarabağ olduğunu deyib: “Tarixi bir irəliləmə oldu. 30 illik danışıqlar bir nəticə vermədiyi üçün can Azərbaycan döyüş meydanında haqqını geri aldı. Biz də Türk dövləti və türk milləti […]

Gündəm

Paşinyandan Qarabağla bağlı ŞOK ÇIXIŞ: Biz yalnız 7 rayonun geri qaytarılması ilə…

Ermənistanın müharibədən yayınması yalnız erməni tərəfi Qarabağın statusu olmadan ətrafındakı 7 bölgəni geri qaytarmağa razı olduqda mümkün olacaqdı. XəbərAl.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, “hazırkı hakimiyyətin daha çevik siyasəti sayəsində Qarabağdakı müharibənin qarşısını almaq olardı” kimi bəyanatlar yersizdir: “Bu tezisi təbliğ edənlər bir suala cavab verməlidir: niyə “çevik” […]