Cəmiyyət

Günay Ağamalı: Həmrəylik günümüz mübarək, əziz soydaşlar!”.

“Vətənpərvərliyin, insansevərliyin, xoş niyyətliliyin təbliği olan Könüllülüyün daha geniş vüsət alması, gənclərdə fərdi inkişafın formalaşması məqsədilə ölkə Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan olundu. Xeyirxahlıq, təmənnasız yardım kimi ənənələr xalqımız tərəfindən əsrlərlə davam etdirilməkdədir. Əslində hadisələr gözlənilmədən elə bir xarakter aldı ki, 2020-ci ilin könüllülük hərəkatı həm də döyüş cəbhəsində […]

Sosial

Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinə verilən təqaüd artırıldı – SƏRƏNCAM

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdünün məbləğləri artırılıb.  XəbərAl.az xəbər verir ki, […]

Siyasət

İlham Əliyev Hulusi Akarla görüşdü -FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XəbərAl.az xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir. Azərbaycan Prezidenti İlham Əliyev deyib: […]

Tədbirlər

“Qarabağ Azərbaycandır!” beynəlxalq rəsm müsabiqəsinə yekun vuruldu – FOTO

Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 noyabr-29 dekabr 2020-ci il tarixlərində keçirilən “Qarabağ Azərbaycandır!” adlı onlayn beynəlxalq rəsm müsabiqəsi başa çatıb. Nazirlikdən bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu […]

Siyasət

Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Birinci vitse-prezident bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib: “Əziz həmvətənlər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza […]

Xarici siyasət

Ərdoğan Qarabağda ermənilərin atəşkəsi pozmasından danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Türkiyə rəsmilərinin iştirakı ilə keçirilən tədbirə telefonla qatılaraq, ermənilərin Qarabağda atəşkəsə riayət etməmələri barədə danışıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında bildirilir. “Silahlarının lülələrindəki tüstü dağılmadan atəşkəsi pozan davranışlar göstərən Ermənistan qüvvələrinə bu səhvdən tezliklə qayıtmağı tövsiyə edirəm”, – deyə o qeyd edib.

Ölkə

2021-ci ilin ilk günü hava necə olacaq?

Azərbaycanda yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10, Bakıda gecə 4-6, gündüz 8-10 […]

Siyasət

“Bütün bunlar soydaşlarımızda böyük fərəh və qürur hissi yaradır” – TƏBRİK

Dövlətçiliyimizin bütün sahələrində olduğu kimi, dilimizin, mədəniyyətimizin, adət – ənənələrimizin, tariximizin yaddaşlarda yaşadılması və gələcək nəsillərə ötürülməsi,  Dünya Azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi siyasəti bu gün möhtərəm Cənab Prezidentimiz İlham Əliyev və birinci Xanım Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilməkdədir. Bütün bunlar Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızda böyük fərəh və qürur hissi yaradır. Müzəffər […]

Xarici siyasət

Ərdoğan Bakıdakı mərasimə telefonla qatıldı – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılıb. Bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilir. O, Qarabağda Ortaq Mərkəzdə fəaliyyət göstərəcək heyyətə müraciət edib: “Qardaşım, Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 gündə dastan kimi qələbə qazandınız. Azərbaycan ordusunu Dağlıq Qarabağın və işğal olunmuş Azərbaycan […]