Müharibə

Rusiya sülhməramlıları Laçın dəhlizində – VİDEO

Rusiya sülhməramlıları Qarabağda Laçın dəhlizinin bir hissəsini partlayıcı maddələrdən təmizləyiblər. Bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayır. “Rus sülhməramlıları Laçın dəhlizindəki ərazidə partlayıcı maddələri təmizləyib, döyüş əməliyyatları zamanı zərər çəkən yüksək gərginlikli elektrik xəttini bərpa etmələri üçün işçi qrupunun təhlükəsizliyini təmin edib”, – deyə məlumatda qeyd olunur. Həmçinin, ötən gün ərzində Dağlıq […]

Mədəniyyət

Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub – VİDEO

“Netflix”dən Kraliça II Elizabet haqqında çəkilən “The Crown” (“Taxt”) serialının “bədii düşüncənin məhsulu” olduğu barədə izləyicilərə açıqlama verilməsi tələb olunub. “Mail on Sunday”in məlumatına görə, bu barədə Böyük Britaniyanın Rəqəmsallaşma, Mədəniyyət, Media və İdman naziri Oliver Dauden bildirib. O, bu filmin ustalıqla hazırlanış bədii sənət nümunəsi olduğunu vurğulayıb: “Netflix” digər televiziya layihələrində olduğu kimi, bunu əvvəldən […]

Dünya

Yer üzündə geri dönülməz fəlakətlə bağlı XƏBƏRDARLIQ

Cənubi Koreya, Yaponiya, İsveç, ABŞ və Çindən olan alimlər son 20 ildə Yerdəki quraqlıq və istiliyin miqyasının görünməmiş həddə çatdığını deyirlər. “Science” xəbər verir ki, bu artım Şərqi Asiyanın iqlim sisteminə təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, bunu təbii dəyişkənliklə izah etmək olmaz və müəyyən bir nöqtədən sonra fəlakətin artması geri dönülməz olacaq. Araşdırmalar nəticəsində məlum olub […]

MARAQLI

Dərinlikdəki “bədheybət”: “Bermud üçbucağı”nın sirlərindən biri açılıb – FOTO

Tədqiqatçılar “Bermud üçbucağı”nın sirlərindən birini açmağı bacarıblar. Onlar Atlantik okeanının bu hissəsindəki dəniz canlılarının cəsədlərindəki qəribə izlərin haradan gəldiyini müəyyən edə biliblər. Bu barədə “Zvezda” xəbər yayıb. Bildirilir ki, “Bermud üçbucağı” dünyanın ən dərin sualtı kanyonlarından birinə sahibdir. Bölgənin cənub hissəsindəki Puerto-Riko xəndəyi 8,3 min metr dərinliyə malikdir. Elm adamları orada köpək balığının belində ciddi […]

Hadisə

Bakıda üç tələbənin həyatına son qoyan dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Bakının Xətai rayonunun Nobel prospektində baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. XəbərAl.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. Görüntülərdə BMW markalı nəqliyyat vasitəsinin sürüşərək, divara çırpılması əks olunub. Video avtomobilin divarına çırpıldığı mağazanın təhlükəsizlik kamerasına əks olunub. Qeyd edək ki, hadisə zamanı Azərbaycan Tibb Universitetinin üç tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova […]

AKTUAL

Türkiyə Müdafiə Nazirliyindən Laçınla bağlı paylaşım – VİDEO

Türkiyə Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edib. Bununla bağlı nazirliyin rəsmi “Twitter” hesabında video paylaşılıb. Videoya “Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir.  Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girib” şərhi yazılıb.  

Müharibə

Bu gün Laçın 28 illik işğaldan qurtulur

Ermənistan silahlı qüvvələrinin 28 ildir işğal altında saxladıqları Laçın rayonu bu gün Azərbaycana təhvil verilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiyanın Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatına əsasən həyata keçirilir. Xatırladaq ki, Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən sənəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı […]

Gündəm

AQTA-dan Prezidentin tapşırığına SABOTAJ – Agentliyin İctimai Şurası necə “formalaşdırılıb?”

“Qida Təhlükəsizliyi Agentliyi yanında yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi ilə bağlı bir neçə aydır aparılan prosesə AQTA-nın rüsvayçı və qanunları kobud pozması hallarının müşaiyəti ilə yekun vurulub”. Bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanında İctimai Şuranın formalaşdırılmasında yol verilən ciddi qanun pozuntularından bəhs edən Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçiləri Məhsəti Hüseynova (Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı […]