Xarici siyasət

Hulusi Akar Bakıya gəldi

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Bakıya gəlib. “Anadolu” agentliyi xəbər verir ki, o, Bakıda Türkiyə ilə Rusiya arasında qurulacaq Ortaq Mərkəzdə çalışacaq Türkiyə əsgərləri ilə görüşüb. “Atəşkəs Ortaq Mərkəzdən izlənilir. Dostlarımız vəzifəmizi yerinə yetirməyə hazırdırlar. Ortaq Mərkəz işə başladıqdan sonra fəaliyyətimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını müdafiə etmək vəzifəmizi yerinə yetirəcəyik”, – […]

İncəsənət

Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib. Bu barədə aktyorun həmkarı Elçin İmanov bildirib.   Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının […]

MARAQLI

“Cəhənnəmdən” birbaşa yayım: Vulkan püskürməsi kraterin içindən çəkildi – VİDEO

Havayda Kilauea vulkanından çıxan lava axınları kraterin içindən çəkilib. “Zvezda”nın məlumatına görə, bununla bağlı video “Twitter”də yerləşdirilib. Kadrlarda odlu çayların böyük alovlu gölə tökülməsi əks olunub. Oyanmış vulkan 4.4 bal gücündə zəlzələ ilə müşayiət olunur. Vulkanoloqlar odlu dağın davranışını yaxından izləyirlər. Üç il əvvəlki püskürmədə Kilauea vulkanı Leilani-Esteyts qəsəbəsini dağıtmışdı.  

MARAQLI

Robotların möhtəşəm rəqsi görənləri heyrətə gətirdi – VİDEO

“Boston Dynamics” robotları Yeni ilin şərəfinə “The Contours” qrupunun “Do You Love Me” ifasını rəqs edib. Rəqsi iki insanabənzər “Atlas” robotu başlayır, sonra onlara “Spot” robot iti qoşulur, sonda isə təkərli “Handle” gəlir. “Bütün komandamız daha xoşbəxt olacağını ümid etdiyimiz Yeni ilin başlanğıcını qeyd etmək üçün bir araya gəldi”, – deyə videonun rəy yerində bildirilib. […]

Dünya

Məşhur Qırmızı meydana giriş qadağan edilir

31 dekabr saat 18:00-dan etibarən Moskvadakı Qırmızı meydana giriş məhdudlaşdırılacaq. TASS agentliyi xəbər verir ki, bu barədə Moskva Regional Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb. İdarənin yaydığı açıqlamada qeyd olunur ki, COVID-19 dövründə Yeni il şənliklərinin və ümumşəhər mədəniyyət tədbirlərinin geniş şəkildə keçirilməsi ləğv edilib.

Ölkə

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

Bu gün azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirlər.  XəbərAl.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. […]

Siyasət

Millət vəkilinin təşəbbüsü ilə Vətən müharibəsi qaziləri və əsgər ailələrinə bayram sovqatı göndərildi

Dövlətimizin, Xalqımızın ətrafında sıx birləşmək bu gün hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Azərbaycanın 44 günlük Zəfər Qələbəsi Ali Baş Komandan – Ordu – Xalq birliyi oldu.  Bu gün də bu birlik müxtəlif sahələrdə öz əksini tapır. Millət Vəkili Fəzail Ağamalının təşəbbüsü ilə Salyan və Neftçala rayonlarındaki bütün Vətən müharibəsi qazilərinə və hazırda hərbi xidmətini […]

Ana Səhfə Gündəm

44 günlük “Vətən Müharibəsinin” qürurverici anları – Leyla Məmmədova

27 sentyabr 2020-ci tarixdən 10 noyabr 2020-ci tarixinədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu xüsusi əks-hücum əməliyyatı keçirtdi. Dövrümüzün sərkərdəsi, Böyük Azərbaycan Xalqının Lideri, Cənab Ali Baş Komandanımızın rəhbərliyi və bilavasitə iştirakı ilə 44 gün müddətində davam edən rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, “Vətən […]

Gündəm

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilmişdir

Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilmişdir Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen […]

Siyasət

Deputatlar İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi

“Təklif edirəm ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq”. XəbərAl.az xəbər verir ki, bunu parlamentin payız sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. Deputatlar sədrin təklifinə razılıqlarını bildiriblər.