İqtisadiyyat

Fransa qərəzli qətnaməyə görə Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşını itirə bilər

Erməni lobbisinin təsiri altında Fransa Senatının qəbul etdiyi qətnamə regionda yeni reallıqların həzm edilə bilməməsini göstərir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Mərkəzin rəhbəri məsələyə münasibət bildirərkən deyib ki, əslində Azərbaycan Fransanın Cənubi Qafqazda ən iri ticarət partnyorudur və Fransanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 2/3-si məhz Azərbaycanın payına […]

Xarici siyasət

Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberg telefonla regional gündəmin aktual məsələlərini müzakirə edib. Bu barədə “Anadolu” Agentliyi Ankaradakı diplomatik mənbələrə istinadla xəbər yayıb. Məlumata görə, müzakirələr zamanı Çavuşoğlu və Stoltenberg Dağlıq Qarabağdakı vəziyyətə də toxunublar.

MDB

Moskvada koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadılıb

Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 15-nə kimi uzadılıb. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin əmr imzalayıb. Belə ki, hazırda qüvvədə olan məhdudlaşdırılmalara əsasən yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən Moskva sakinlərinə evi tərk etməmək tövsiyə olunur. Eləcə də paytaxtdakı iş müəssisələrində işçilərin ən az […]

MDB

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq. Bu barədə Rusiya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müvafiq qərar bu gün MDB-də iqtisadiyyat sahəsində mübahisələri həll edən Ali arbitraj, təsərrüfat, iqtisad məhkəmə sədrləri Şurasının iclasında verilib. İclasda MDB icraiyyə komitəsinin sədri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya ali məhkəmələrinin nümayəndə heyətləri iştirak ediblər. MDB Ali […]

Xarici siyasət

Azərbaycan və Əfqanıstan XİN başçıları arasında telefon danışığı olub

Noyabrın 25-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər. 9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra […]

Xarici siyasət

Hami Aksoydan Fransa Senatının qərəzli qətnaməsinə SƏRT REAKSİYA – FOTO

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “Twitter” hesabında Fransa Senatının təxribat xarakterli qətnaməsinə münasibət bildirib. Türkiyə XİN rəsmisi qeyd edib ki, bu qətnamə Fransanın tərəfsizliyini qorumadığının göstəricisidir: “Fransa Senatının bu qərarı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bu günə qədər məsələyə niyə çözüm gətirmədiyini ortaya qoyur, necə tərəfli olduğunun açıq göstəricisidir”.  

Təhsil

Tarix dərsliyinin üzlüyündə topçu Vüsalın şəkli olacaq? – Nazirlikdən AÇIQLAMA

Təhsil Nazirliyi Vətən Müharibəsində topçu olaraq düşmənə qarşı döyüşən 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alacağı barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Nazirlikdən  bildirilib ki, dərsliyin üz qabığının tərtibatı nəşriyyat tərəfindən hazırlanır: “Daha sonra məsələ Təhsil Nazirliyi ilə razılaşdırılır. 11-ci sinif tarix dərsliklərinin üz qabığının dəyişdirilməsi məsələsi hazırda müzakirəyə çıxarılmayıb. […]

Ölkə

DİN əhaliyə çağırış etdi – VİDEO

Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırıb. DİN-dən verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür: “Nazirliyin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır. Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, […]

Müsahibə

Azərbaycanın Naxçıvan üzərindən Türkiyəyə birbaşa çıxış əldə etməsi çox vacib idi – MÜSAHİBƏ

İşğal olunmuş ərazilərin geri qaytarılması və Qarabağdakı müharibənin bitməsi bölgənin iqtisadi inkişafına və investorların cəlb olunmasına səbəb olacaq. Bu barədə Media.Az-a müsahibə verən gürcüstanlı iqtisadçı, Beynəlxalq Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Nika Şenqeliya belə düşünür. “İnvestorlar vəziyyəti ehtiyatla izlədilər. İndi müharibə bitdi, investisiya qoymağın əsl vaxtıdır. Əlbəttə ki, ümumiyyətlə dünyada vəziyyət çətindir, xüsusən də koronavirus pandemiyasını nəzərə alsaq. […]

MARAQLI

Məşhur aktyor qəribə görünüşü ilə qorxutdu – VİDEO

Sosial şəbəkələrlə Hollivud ulduzu Entoni Hopkinsin qorxunc səslər çıxardığı və qəzəbli simasını nümayiş etdiyi video yayılıb. “RİA Novosti”nin məlumatına görə, kadrları aktyorun özü “Twitter” hesabında yayımlayıb. 82 yaşlı məşhur görüntülərin şərhində bildirib ki, karantinin 253-cü gününün fəsadlarını hiss etməyə başlayıb. Video sosial şəbəkədə maraqla qarşılanıb. İstifadəçilərin bəziləri aktyorun onları qorxutduğunu və “Quzuların səssizliyi” filmində Hannibal […]