Gündəm

“Könüllü Yardım Fondu” “Ağsu Siti” İdman Klubunun vasitəsilə şəhid ailəsinə yardım göndərdi-Video- Foto

XəbərAl.az saytı xəbər verirki, “Könüllü Yardım Fondu” torpaqlarımızın azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhid olan Cəfərov Sübhan Mehman oğlunun Ağsu rayonunda yaşayan ailəsinə yardım göndərdi. Zəruri ehtiyaclar arasında paltaryuyan maşın və qida məhsulları yer alıb. Yardımlar “Ağsu Siti” İdman Klubunun vasitəsilə şəhidimizin ailəsinə çatdırılıb. Klub üzvləri ailəni ziyarət edərək başsağlığı verib, ailənin yanında olduqlarını bildiriblər. […]

Hadisə

Bakının mərkəzində işıq dirəyindəki partlayış qorxu yaratdı – VİDEO

Bakının mərkəzində, 28 May metrostansiyası ətrafında baş verən partlayış ətrafdakı şəxslərdə qorxu yaradıb. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, ərazidəki işıq dirəklərindən birində baş verən qısaqapanma partlayışa səbəb olub. İşıq dirəyindən çıxan alov və qığılcımlar ətrafdakı şəxlərdə narahatlıq yaratsa da, genişmiqyaslı yanğın baş verməyib. Görüntüləri təqim edirik:

Dünya

Rus dili Qırğızıstanda rəsmi statusunu itirə bilər

Qırğızıstan Konstitusiya Şurasının üzvü Sadirdin Toraliyev rus dilinin rəsmi statusundan məhrum edilməsini təklif edib. Bu barədə Vesti.ru məlumat yayıb. “Bu, radikal səslənə bilər. Ancaq mənim təklifim yalnız qırğız dilinin rəsmi statusunu saxlamaqdır. Digər dilləri başqa qanunlarla inkişaf etdirə bilərik”, – deyə S.Toraliyev bildirib. Onun sözlərinə görə, qırğız gəncləri öz ana dillərində danışmağı unudub, çünki buna […]

İdman

“Qarabağ” UEFA-nın qərarına etiraz edəcək

“Qarabağ” futbol klubu Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək. Bu barədə  Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: “Xəbər hələ çox yenidir, cəmi 15-20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik”. Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: […]

AKTUAL

Bu obyektlərdə pozuntu aşkarlandı – “Kontakt home”, “Al market”, “Akşam şirniyyat”…

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, noyabrın 25-də keçirilən monitorinqlər zamanı Nəsimi rayonunda “Kontakt home” mağazasında, Elçin İbrahimova məxsus “Lombard”da, Sabunçu rayonunda Aydın Aslanova məxsus şüşə sexində, Qaradağ rayonunda “King smart super market”də, […]

Region

Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləyir – VİDEO

Rusiyalı istehkamçılar Şuşa ətrafını minalardan təmizləməyə başlayıblar. “RİA Novosti” bununla bağlı kadrlar paylaşıb. Qeyd edək ki, RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa yollanıblar.

İdman

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbərini ömürlük futboldan uzaqlaşdırdı

UEFA “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı yekun qərarını verib. Xəbəral.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, N.İbrahimov futboldan ömürlük kənarlaşdırılıb. Dağlıq Qarabağ münaqişəsi zamanı “Facebook” pofilində ermənilərlə bağlı paylaşım edən klub rəsmisi bu hərəkətinə görə sərt cəzaya məruz qalıb. “Qarabağ” klubu da cəzadan qaça bilməyib. Belə ki, qitənin ali futbol qurumu Ağdam təmsilçisini […]

Gündəm

“Johnson & Johnson” Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf etdi

ABŞ-ın “Johnson&Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib. Xəbəral.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib: “Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson&Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq […]

İqtisadiyyat

Fransanın avtomobil nəhəngi Avropada zavodunu bağlayır

Fransanın avtomobil nəhəngi “Renault” ölkə səlahiyyətlilərinin müqavimətinə baxmayaraq, Avropadakı fabriklərindən birində avtomobil istehsalını dayandırmağa qərar verib. “Bloomberg” bu barədə şirkət rəhbərliyinin açıqlamasına istinadən xəbər yayıb. Həmin müəssisədə təxminən 70 il ərzində 20 fərqli avtomobil modeli yığılıb. Hazırda orada “Zoe” və “Nissan Micra” elektrikli avtomobillər istehsal edilir.

İqtisadiyyat

Mərkəzi Bank çek ilə ödəniş sisteminin qurulması işlərinə start verib

“Çeklərlə hesablaşma modelinin tətbiqi ilə təsərrüfat subyektlərinin hesabında vəsait olmasa belə, gələcək tarixə ödəniş öhdəliyi götürməklə mal və ya xidmət ala bilərlər. Modelin ölkəmizdə tətbiqi məqsədilə Türkiyə təcrübəsi tərəfimizdən yaxından araşdırılıb”. Mərkəzi Bankdan  verilən açıqlamada çek (qəbz) ilə ödəniş sisteminin Mərkəzi Bank tərəfindən tənzimlənməsi prosesi və sistemin tətbiqi haqda məlumat verilib. Bildirilib ki, çekin özünəməxsus xüsusiyyətləri […]