Hərbi

Rusiya MN saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradıldı

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradılıb. Xəbəral.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. “Yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqləri dərc ediləcək”, – deyə Müdafiə Nazirliyindən bildirilib. Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki […]

Hərbi

“Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaq müqaviləsi imzalanmalıdır” – Türkiyəli generaldan ÇAĞIRIŞ

“Ermənistanla imzalanacaq sülh sazişində Azərbaycanın ərazi bütövlüyünün tanınması haqda maddə olmalıdır”. Xəbəral.az xəbər verir ki, bu sözləri Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru Cahangir Dumanlı “Cümhuriyyət” qəzetində yayımlanan bugünkü köşə yazısında qeyd edib. Azərbaycanın bu müharibədə qəti qələbə qazandığını vurğulayan Cahangir Dumanlı gələcəkdə iki ölkə arasında imzalanacaq sülh razılaşmasına işğalçı dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanıması və […]

Dünya

Çin Co Baydeni təbrik etdi

Çin demokrat Co Baydeni ABŞ-dakı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. “İnterfax” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Van Venbin bildirib. “Amerika xalqının seçiminə hörmətimiz var. Co Baydeni və Kamala Harrisi təbrik edirik. Eyni zamanda, seçkilərinin nəticələrinin ABŞ qanuni prosedurlarına uyğun müəyyən edilə biləcəyini anlayırıq”, – Venbin qeyd edib.

AKTUAL

Azərbaycanın dövlət siyasətinə zidd açıqlamasına görə deputata töhmət verildi – VİDEO

Noyabrın 13-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb. Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks […]

Xarici siyasət

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq”

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib. “Haber Global”ın məlumatına görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb. Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi […]

Mədəniyyət

Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” kitabı nəşr edildi – FOTO

Əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü, azərbaycanlı aktyor, publisist, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin uşaqlar üçün “İstanbul” adlı daha bir kitabı nəşr olunub. Kitabda müəllif kiçik oxucularına əsrlər boyu Şərq və Qərb mədəniyyətinin qəribə nümunələrinin bir-birinə qarışdığı, təəccüblü memarlıq və sənət əsərləri doğurduğu bu qədim şəhərin tarixindən bəhs edir. Bu yaxınlarda Bəhram Bağırzadə kiçik oğlan […]

Ölkə

Sabahın havası: 2 dərəcə şaxta olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 773 […]

Hadisə

Fəxrəddin Abbasov həbsxanada intihar etdi

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Xəbəral.az xəbər verir ki, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb. F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib. F.Abbasov 2019-cu ilin fevralında Rusiyada […]

Sosial

“Prezident İlham Əliyevin müharibə zamanı etdiyi çıxışlar kitab halında çap olunacaq”

“Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq”. Xəbəral.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki, çıxışların yer alacağı kitab nümayiş olunacaq. Qeyd edək ki, deputat Etibar Əliyev Prezident İlham Əliyevin çıxışlarının çap olunub yayılması ilə bağlı təklif […]

Sosial

“Bakı Metropoliteni”ndə yeni TƏYİNAT

“Bakı Metropoliteni” QSC-nin hüquq idarəsinə yeni rəis təyin edilib. Qurumun sədri Zaur Hüseynovun əmri ilə bu vəzifə Babək İsmayılova həvalə olunub. O, indiyə qədər həmin idarədə hüquqşünas kimi çalışıb. “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov xəbəri təsdiq edib. Xatırladaq ki, bu ilin sentyabr ayında hüquq idarəsinin keçmiş rəisi Adil Atakişiyev 2014-cü ildən tutduğu bu […]