Dünya

Suriyada rusiyalı hərbçilərə hücum oldu

Suriyada Rusiyaya məxsus “Tiqr” hərbi texnikasına hücum olub. Bununla bağlı “İzvestiya” nəşri məlumat yayıb. Bildirilib ki, hərbi avtomobilinin keçidi zamanı yolda quraşdırılmış əldəqayırma partlayıcı işə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilib. Faktı Suriyada müharibə tərəflərinin barışması üçün yaradılan Rusiya mərkəzinin rəhbərinin müavini Aleksandr Qrinkeviç təsdiqləyib.

İdman

AVRO-2020: Qrupların tərkibi müəyyənləşdi

Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib. Xəbəral.az xəbər verir ki, bu gün final mərhələsinə vəsiqə qazanan son 4 ölkənin adı müəyyənləşib. Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, final mərhələsinə vəsiqə qazana bilməyib. Ən maraqlı qarşılaşmalardan biri Macarıstan və İslandiya yığmaları arasında olub. Qarşılaşmanın 11-ci dəqiqəsində İslandiya yığması hesabda önə çıxıb. Macarıstan kollektivi oyunun sonunda […]

Xarici siyasət

Hikmət Hacıyev: “Azərbaycanın Rusiyadakı səfirinin bu məsələ ilə bağlı verdiyi şərh yersizdir”

Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə ilə bağlı noyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Həmin gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq açıqlama ilə çıxış edib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu təsadüfi faciə ilə əlaqədar cinayət işi açılıb. […]

MARAQLI

Beynəlxalq Kosmik Stansiyaya getmək üçün ilk turistlər müqavilə imzaladılar – FOTO

ABŞ-ın “Axiom Space” şirkəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk turistləri 2021-ci ildə  göndərəcək. Səyyahlar uçuş üçün lazım olan sənədləri artıq imzalayıblar. Bu barədə 360 TV xəbər yayıb. “Üç xüsusi astronavt və Maykl Lopes Aleqriadan (keçmiş NASA astronavtı) ibarət çoxmillətli bir heyət rəsmi olaraq “Axiom” ilə müqavilə imzaladı. Başqa sözlə: bəşəriyyət tarixində orbitə çıxacaq ilk özəl heyət […]