Xarici siyasət

Rusiya nümayəndə heyəti Ankarada: “Qarabağla əlaqəli texniki danışıqlar aparılacaq”

Sharing is caring!

Qarabağda atəşkəsdən sonra həyata keçiriləcək işlər çərçivəsində bu gün Rusiyadan geniştərkibli heyət Ankaraya gedib.

“Haber Global”ın məlumatına görə, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bu gün Rusiyadan geniş nümayəndə heyətinin Ankaraya gələcəyini və Qarabağdakı atəşkəsdən sonra görüləcək işlər barədə texniki danışıqların aparılacağını açıqlayıb.

Ankaraya gələn Rusiya nümayəndə heyəti ilə Türkiyə Xarici İşlər səlahiyyətliləri arasında iş yeməyi başlayıb.

Heyət günortadan sonra Milli Müdafiə Nazirliyinə gedəcək və texniki məsələləri müzakirə edəcəklər.

Hərbi yüksək səviyyəli nümayəndə heyətlərinin keçirəcəyi iclaslarda taktika və texnika baxımından hansı tərəfin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir