Maqazin

“Bu, sülh və firavan gələcəyə aparan yolda ilk addımdır”

Əslən Cənubi Azərbaycandan olan Böyük Britaniyanın məşhur müğənnisi Sami Yusif Azərbaycanı qələbə münasibətilə təbrik edib. Xəbəral.az xəbər verir ki, sənətçi bu barədə tvitterdə məlumat paylaşıb. “Azərbaycan! Bütün bu sevincli günü qeyd edənlərin hamısına qoşuluram. Bu, sülh və firavan gələcəyə aparan yolda ilk addımdır. Sevgi və sonsuz dualarla Sami Yusif”,- deyə ifaçı bildirib.

Hadisə

“Nədir bu banklardan çəkdiyimiz?” – GİLEY

 “Şikayətim “Turan Bank” və “Azərikart”dandır. 10.10.2020 ci il tarixəndə 14.68 qəpik dəyərində bankomatdan nömrəmə balans artırdım”. Xəbəral.az Dia.az-a istinadən bildirir ki, bu barədə Aytən Carçıyeva sosial şəbəkələrdə narazılığını ifadə edib. Daha sonra narazı vətəndaş yazır: “Kartdan məbləğ silinsə də vəsait hesaba oturmadı.Bankla əlaqə saxladıqda bildirdilər ki,1ay sonra müraciət edin.11.11.2020 tarixdə əlaqə saxlayanda isə bank problemi […]

Araşdırma

Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir? – İTTİHAM

Bakıdakı 2 saylı Baza Tibb Kolleci ötən əsrdə,50-cı illərin sonlarında fəaliyyətə başlayıb.Müxtəlif vaxtlarda adı dəyişdirilmiş tibb məktəbi 2010-cu ildən Bakı Tibb Kolleci adlandırılıb.Burada tələbələrə bir neçə ixtisas öyrədilir, 0rta tibb kadrlarının hazıırlığı və onların təkmilləşdirilməsi prosesi həyata keçirilir.Vaxtı ilə burada tələbələrin rüşvət hesabina təhsil aldığı heç kimə sirr deyil.Bu gün də dövrü mətbuatda və sosial […]

Gündəm

Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? – Kənan Məmmədovla bağlı Prezidentə müraciət

“Lion Centre” MMC-nin direktoru, iş adamı Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. İş adamı müraciətində Kənan Məmmədovun Bakı Baş Gömrük İdarəsində yaratdığı monopoliya, bürokratik əngəllər və sahibkarları incitmə hallarından bəhs edir. Özünün də bu problemlərlə qarşılaşdığını vurğulayan sahibkar qeyd edir ki, Bakı Baş Gömrük […]

Müharibə

İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır

Mill Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasın gündəliyinə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib. Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki […]

Kriminal

Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlandı – RƏSMİ

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təxirəsalınmaz tədbirlərin davamı kimi, İraq Respublikasının müxtəlif ərazilərində yaşayan PKK-PYD-YPG terror təşkilatlarına aid şəxslərin, eləcə də, Livan Respublikasının vətəndaşı Vartkes adlı şəxsin və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdikləri cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material əsasında araşdırma aparılıb. Baş […]

Ölkə

Komendant saatı nə vaxt ləğv olunacaq?

Sentyabrın 27-dən ölkəmizdə komendant saatı tətbiq olunur. Müharibənin bitməsinə baxmayaraq, komendant saatı hələlik ləğv olunmayıb. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Modern.az-a bildirib ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması hələlik gündəmdə qalacaq: “Hərbi vəziyyətin ləğvi ilə bağlı qərar qəbul olunmayıb. Erməni işğalçıları hələ də bizim torpaqlarımızı tam tərk etməyiblər. […]

Ölkə

Hava kəskin dəyişir – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib. Xidmətdən verilən xəbərə görə, noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə […]

Siyasət

FƏZAİL AĞAMALININ MİLLİ MƏCLİSİN 13 NOYABR 2020-Cİ İL İCLASINDA ÇIXIŞI

Biz işğalçı və vandal Ermənistan üzərində zəfər qazandıq. Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. Bu qələbə münasibətilə Uca Xalqımızı, möhtərəm, cənab prezident, Ali Baş Komandan İlham Əliyevi, igid və qəhrəman silahlı qüvvələrimizi, millət vəkillərini qəlbən təbrik edirəm. 200 ildən bəri himayəçilərinin hərtərəfli köməyi və dəstəyilə üzərimizə gələn, tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan dövlət yaradıb xalqımıza qarşı […]

Gündəm

Daha dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü

Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb. Xəbəral.az xəbər verir ki, artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq  işğaldan […]