Siyasət

Deputatlar parlamentdə tarixi qələbənin əhəmiyyətindən danışıblar

“Biz bu gün tariximizin ən möhtəşəm və yadda qalan günlərini yaşayırıq”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov deyib. Deputat bildirib ki, haqqı, ədaləti, hüququ tanıyan hər bir millətin nümayəndəsi bizim bu qələbəmizə sevinir: “10 noyabrda imzalanan bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya məcbur edildi. İşğalçı Ermənistan 44 günlük savaşın nəticəsində işğal etdiyi ərazilərdən […]

Siyasət

Parlamentdə yeni komissiya yaradıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciət edilməsi ilə bağlı komissiya yaradılıb. Xəbəral.az xəbər verir ki, bununla bağlı Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib. Spiker bildirib ki, komissiyaya Nizami Cəfərov, Nigar Arpadarai, Tural Gəncəliyev və Erkin Qədirli daxildir.

İqtisadiyyat

SOCAR Qarabağ müharibəsində şəhid və əlil olmuş əməkdaşlarının ailələrinə yardımlar edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əməkhaqqının 40 misli həcmində yardımlar veriləcək. Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək. “Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara […]

Siyasət

Sahibə Qafarova: “İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış infrastruktur yenidən qurulacaq”

“Biz əminik ki, Azərbaycan Prezidenti ermənilərin dağıtdığı ərazilərimizdə bərpa işlərini aparacaq və Qarabağ əhalisi öz ata yurdlarına geri qayıdacaq”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. Spiker qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq. “Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi […]

İdman

Neymar yenidən “Barselona”nı məhkəməyə verib

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Neymar hələ də sabiq klubu “Barselona”dan kompensasiyasının sona qədər ödənilməsini tələb edir. “Marca” agentliyi xəbər verir ki, hücumçunun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti verib və “Barselona”nın Neymara ödəməli olduqları əlavə bonusların tam ödənilməsini tələb edirlər. Qeyd edək ki, Neymar 2016-cı ildə “Barsa” ilə müqaviləni uzadarkən 40 milyon avro kompensasiya almalı […]

Sosial

Kaliforniyada ermənilərin azərbaycanlılara vurduğu zərəri dövlətimiz ödədi

Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib. Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Xatırladaq ki, Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən […]

Araşdırma

Asif Ağayev kimi icra başçısı olmaqdansa… – GİLEY

Beyləqanın Allahyarlı kəndinin sakinləri kəndlərində sosial problemlərin bərbad vəziyyətdə olmasından və aidiyyəti qurumların bu kəndin acınacaqlı durumuna biganə yanaşmasından beziblər. Xəbəral.az Dia.az-a istinadən xəbər verir ki, Məhəmməd Təhməzov facebook səhifəsində Allahyarlı kəndinin sakinləri adından prezident İlham Əliyevə müraciət ünvanlayıb. Mürciəti olduğu kimi dərc edirik. Hörmətli prezdent İlham Əliyev cənabları! Biz, Beyləqan rayon Allahyarlı kəndinin sakinləri çox […]

Kriminal

Azərbaycanda dəhşətli cinayət: İntihar etdiyi bildirilən kişini bacısı öldürübmüş

Noyabrın 12-də saat 14:00 radələrində Ağdaş rayonu, Xosrov kənd sakini, 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq, öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağdaş Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-ci il təvəllüdlü Ələkbərova […]

Cəmiyyət

Prezidentin köməkçisi işə piyada gedir – VİDEO

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səhər işə piyada gedərkən çəkilmiş görüntüləri yayılıb. Daim öz sadəliyi ilə seçilən H.Hacıyev bu dəfə də sakinlərin diqqətini çəkib. Onlar Prezidentin köməkçisi ilə salamlaşıb, onu Azərbaycanın tarixi qələbəsi münasibətilə təbrik ediblər.