Bölgə

Düşmən Tərtər və Ağcabədini atəşə tutur – RƏSMİ

Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

İqtisadiyyat

Niyə Azərbaycanın “Amazon”u yoxdur?

Bu gün onlayn ticarətə olan maraq getdikcə artır. Pandemiya dövründə onlayn alış-verişin imkanları və əlverişliliyi xüsusilə ön planda idi. Dünyada e-ticarət dedikdə ağıla ilk gələn platforma “Amazon”dur. Sadəcə ABŞ, İngiltərə və Almaniyada e-ticarətin əhəmiyyətli dərəcədə böyüməsi “Amazon”dakı satışların həcmindən irəli gəlir. Bu ölkələrdə e-ticarətdə dövriyyədə olan hər 10 dollardan 4 dolları “Amazon”un büdcəsinə əlavə edilir. Azərbaycanın […]

Müsahibə

Prezidentin köməkçisi Britaniyanın nüfuzlu nəşrinə müsahibə verdi – FOTO

“Barışıq asan olmayacaq və bu, çox zəhmət tələb edəcək”. Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın nüfuzlu “The Telegraph” nəşrinə müsahibəsində deyib. O, bununla bağlı “Twitter” hesabında paylaşım edib. “Biz Qarabağa investisiyalar gətirməyə hazırıq. Azərbaycan çoxmədəniyyətli ölkədir. Ölkəmizin digər yerlərində yaşayan ermənilər heç bir problemlə qarşılaşmır”, […]

Müsahibə

Hikmət Hacıyev İsveçrə radiosuna Qarabağdakı vəziyyətlə bağlı danışdı – FOTO

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrənin SRF radiosuna Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib. H.Hacıyev bununla bağlı “Twitter” hesabında paylaşım edib. Müsahibə ilə bu linkdə tanış ola bilərsiniz: https://www.srf.ch/play/radio/echo-der-zeit/audio/grosses-eskalationspotential-im-suedkaukaus?id=ee387fbd-5e7d-411c-92d2-ac34dc6180ab

Dünya

Bayden yeni lider kimi xalqa müraciətə hazırlaşır

Qələbəsini elan edəcəyi halda prezidentliyə namizəd Co Bayden Donald Trampla mübarizəni məhkəmədə davam etdirsə belə, yeni lider kimi xalqa müraciət edəcək. Bu barədə “Axios” nəşri yazıb. Portal qeyd edib ki, C.Bayden qalib elan olunacağı halda artıq öz hökumətini formalaşdırmağa başlayacaq. Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilir.

Cəmiyyət

“Bolmart” şirkəti “Johnson & Johnson” məhsullarının satışını dayandırdı – VİDEO

“Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edənlər siyahısına “Bolmart” supermarket şəbəkəsi də qatılıb. Supermarket şəbəkəsi sözügedən şirkətin bütün məhsullarını satışdan yığışdırdığını bəyan edib. Bu təşəbbüsün səbəbi “Johnson & Johnson” şirkətinin sosial media paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasıdır. Xatırladaq ki, “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar […]

Müharibə

Düşmənin atdığı ağ fosfor tərkibli top mərmiləri və raket aşkarlandı – FOTO

Noyabrın 3-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 24 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub. Bununla bağlı ANAMA məlumat yayıb. Bildirilib ki, daxil olmuş 25 çağırış əsasında […]

İdman

“Borussiya” və “Liverpul”dan darmadağın: “Real” son şansdan yararlandı

Çempionlar Liqasında III tur start götürüb. Xəbəral.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma baş tutub. A qrupunda Almaniya nəhəngi, turnirin son qalibi “Bavariya” “Zalsburq”un qonağı olub. Qarşılaşma qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər favoriti “Atletiko” Moskvada “Lokomotiv”i sınağa çəkib. Oyun 1:1 hesablı heç-heçə ilə […]

Hadisə

Bakıda “Shacman” yandı

Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.