Müharibə

Döyüşlər cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib – RƏSMİ

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.

Mədəniyyət

Kosmosda çəkiləcək ilk bədii filmdə baş rolu rusiyalı qadın oynayacaq

Kosmosda çəkiləcək ilk bədii filmdə əsas rolu rusiyalı qadını ifa edəcək. Bu barədə “Pervıy Kanal”ın mətbuat xidməti xəbər verib. Namizədlər üçün müsabiqənin yaxın vaxtlarda elan ediləcəyi qeyd olunur. Müsabiqənin nəticələrinə əsasən, həm baş qəhrəman, həm də onun dublyoru seçiləcək. “Vızov” (“Çağırış”) adlı gələcək kosmik dram “Roscosmos”, “Pervıy kanal” və “Yellow, Blask and White” studiyalarının birgə layihəsidir. […]