Hərbi

MN: Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqları işğaldan azad edir

“Ordumuza qarşı asimmetrik qaydada mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir”. Xəbəral.az-ın məlumatına görə, bunu bu gün keçirilən birifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. O deyib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək işğal altında olan torpaqları işğaldan azad edir: “Ermənistanın hərbi siyasi rəhbərliyi hədəflərimiz barədə […]

Asiya

Təbrizə giriş-çıxış bağlanıb

Pandemiya ilə əlaqədar Təbriz şəhərinə nəqliyyatın giriş-çıxışı qadağan edilib.  Şərqi Azərbaycan vilayətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu dünəndən etibarən 4 gün ərzində Təbriz şəhərinə giriş-çıxış məhdudiyyətinin tətbiq olunduğunu açıqlayıb. Ə. Rastqu vilayətin 10 şəhərində kəskin pandemiya şəraitinin hökm sürdüyünü vurğulayıb. O qeyd edib ki, Azərşəhr, Culfa, Çaroymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, […]

AKTUAL

“Facebook” Azərbaycanla bağlı səhvini düzəltdi – FOTO

“Facebook” şirkəti Azərbaycanın xəritəsi ilə bağlı səhvini düzəldib.   Xəbəral.az-ın məlumatına görə, bundan əvvəl bu sosial şəbəkə platformasında Azərbaycanla bağlı axtarışlar zamanı çıxan xəritədə Dağlıq Qarabağ ərazisi münaqişə zonası kimi qeyd edilmişdi.   Lakin son günlərdə aktiv sosial şəbəkə istifadəçiləri tərəfindən şirkətə edilən müraciətlər nəticəsində “Facebook” öz platformasında Azərbaycanın xəritəsində düzəlişlər edib və Dağlıq Qarabağ […]

AKTUAL

Trampın tərəfdarları bıçaqlandı

Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampın tərəfdarları bıçaqlanıb.   “NBC Washington” verdiyi xəbərə görə, Ağ Evin yaxınlığında 1 qadın və 3 kişiyə bıçaqla xəsarət yetirilib.   Polisdən bildirilib ki, xəsarət alan şəxslər D. Trampı dəstəkləyən “Proud Boys” sağçı qrupunun üzvləridir.   Zərərçəkənlər şübhəlilərin “Black Lives Matter” etiraz hərəkatının üzvləri olduğunu iddia edib.

İdman

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbərini CƏZALANDIRDI

UEFA “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu cəzalandırıb.   Xəbəral.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.   Bildirilib ki, qurumun Nəzarət, Etika və İntizam Orqanı feysbuk səhifəsindəki paylaşımı zamanı ayrı-seçkilik xarakterli sözlərə görə İbrahimovun futbolla bağlı hər hansı fəaliyyətinə müvəqqəti qadağa qoyub. UEFA məsələnin mahiyyəti barədə qərarı sonra verəcək.   […]

Araşdırma

Cümə Əhmədzadə Londonda milyonluq malikanəni necə alıb? – Sensasion araşdırma

Azərbaycanlı məmurun oğlu saxta şirkətə sirli ödənişlə Londonda dəbdəbəli malikanə əldə edib. Bunu Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) üzə çıxarıb. Araşdırmada bir müddət öncə “Panama Sənədləri” adlı araşdırmada adı keçən türkiyəli multimilyonçu Mehmet Cengizdən söz açılır. Türkiyənin “Cumhuriyet” qəzetinin 2016-cı ilin iyununda yaydığı sənədlərdə tikinti maqnatının təsis etdiyi gizli ofşor şirkətlərin adları […]

MDB

Azərbaycanın MDB Şurasının 42-ci iclasına ev sahibliyi etməsi planlaşdırılır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak ediblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, 40-cı iclas şuraya sədrlik edən Özbəkistanın Daşkənd şəhərində videokonfrans formatında təşkil edilib. İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydalar, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, Müstəqil Dövlətlər Birliyinin […]

Xarici siyasət

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Quo Minlə görüşüb

Noyabrın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Quo Minlə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub. Spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməkdən məmnun olduğunu bildirib. Sədr vurğulayıb ki, Azərbaycan dost Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verir. […]

Siyasət

İlham Əliyev: “Daha yeddi kənd işğaldan azad edildi” – FOTO

Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb. Bununla bağlı dövlət başçısı “Twitter”də paylaşım edib: “Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı […]