Cəmiyyət

Paytaxtın Mirəli Qaşqay küçəsi əsaslı təmir edilir – FOTO

2020-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Agentlikdən bildirilib ki, bu çərçivədə Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə […]

Dünya

İzmirdə çarəsizliyin səsləri: “Dörd körpə uşağımla dağıntılar altında qaldıq, tez gəlin” – VİDEO

Türkiyənin İzmir şəhərində zəlzələ zamanı dağıntılar altında qalan insanların səsləri yayılıb. “Haber Global”ın məlumatına görə, 112 təcili yardım mərkəzinə zəng edənlərin kömək səsləri qeydlərə düşüb. İnsanlar “Dayana bilmirik, tez gəlin”, “Dörd körpə uşağımla dağıntılar altında qaldıq, nə olar, tez gəlin”, “20 dəqiqədir ayaqlarımı hiss etmirəm”, – deyərək, kömək istəyiblər.

Müsahibə

Rusiyalı ekspert: “Qarabağın bərpası Azərbaycan iqtisadiyyatının inkişafı üçün ciddi stimul olacaq” – MÜSAHİBƏ

Qarabağda müharibə davam edir. Bir neçə rayon, 200-dən çox yaşayış məntəqəsi azad edilib, bəzilərində artıq yenidənqurma işləri başlayıb. Məsələn, Tərtər bölgəsinin Suqovuşan və Talış kəndlərində 29 kilometr uzunluğunda magistral yolların yenidən qurulması işləri davam etdirilir. Hətta İİR Prezidentinin xüsusi elçisi Abbas Əraqçı İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində aparılacaq bərpa işlərinə böyük maraq göstərdiyini vurğulayıb. […]

Dünya

Cenevrədə xalqımızın haqq mübarizəsinə dəstək üçün maraqlı addım – FOTO

İsveçrənin Cenevrə şəhərində həmyerlilərimiz maraqlı təşəbbüslə çıxış ediblər. Bu şəhərdə yaşayan həmyerlilərimiz şəhər meriyasına müraciət edərək, çoxmillətli şəhərdə xalqımızın haqq mübarizəsini əks etdirən bilbordlar yapışdırılmasına nail olublar. Erməni yalanlarının ifşası, Azərbaycan ordusunun topraqlarımızı işğaldan azad etməsi fonunda təqdirəlayiq olan bu təşəbbüsün çox özünəxas bir üstünlüyü də var. Belə ki, bilbordlardakı QR-kod BMT-nin münaqişə ilə bağlı […]

Müharibə

Azərbaycan ordusu düşmənin çox sayda canlı qüvvəsini məhv etdi: Aralarında kapitan da var – RƏSMİ

“Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb”. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan […]

Siyasət

Mövlud Çavuşoğlu: “Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz dəstəklənməlidir” – FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatılıb. M.Çavuşoğlu bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. Türkiyənin Xarici İşlər naziri ölkəmizin Qarabağla bağlı mövqeyini dəstəkləyərək vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.  

Ölkə

Sabahın havası: Şimşək, leysan, duman

Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. […]

Dünya

Ağ Evin qarşısında Birləşmiş Ştatların bayrağı yandırıldı – VİDEO

ABŞ-da etirazçılar Ağ Evin yaxınlığında bu ölkənin bayrağını yandırıblar. Görüntülər “Twitter”də yayımlanıb. Xatırladaq ki, ötən gün baş tutan prezident seçkilərindən sonra ABŞ-ın bir sıra şəhərlərində vəziyyət gərgin olaraq qalır. Seçkinin nəticələrindən narazı olan insanlar müxtəlif şəhərlərdə etiraz aksiyaları təşkil ediblər.

Şou-Biznes

“Son nəfəsimizədək savaşacayıq” – Natavan Həbibi – VİDEO

Müğənni Natavan Həbibi sosial mediadakı paylaşımı ilə diqqət çəkib. Xəbəral.az xəbər verir ki, Natavan “İnstagram” hesabında igid əsgərlərimizlə bağlı video paylaşıb. O. videonu paylaşaraq: “Bu video bizim döyüş simvolumuzdur. Son kadr qısaca bunu izah edir: Son nəfəsimizədək savaşacayıq! Siz ki, bu xalqa bu qüruru yaşadırsınız, Allah sizi özü qürurlandırsın” sözlərini yazıb. Həmin görüntüləri təqdim edirik:

Şou-Biznes

Ruhi:”Əsgər cəbhədə arxayın olmalıdır ki, evdə hər şey qaydasındadır”

Biznes ledi Ruhidən xəbər var. Xəbəral.az xəbər verir ki, Ruhi “İnstagram” hesabında maraqlı paylaşım edib: “Bu günlərdə aparılan Vətən müharibəsində arxa cəbhədə olan insanlar ön cəbhədə döyüşən əsgərlərimizlə bərabər onların ailələrini də yaddan çıxarmamalıdır. Cəbhədə döyüşən əsgərimizin fikri ancaq döyüşdə olmalı, ailəsinin problemləri onu düşündürməməlidir. Məhşur “Tütək səsi” filmində Qılınc Qurbanın dediyi kimi “igid əsgər cəbhədə arxayın […]