Təhsil

“Qızlar Oxusun” layihəsi çərçivəsində kurslar uğurla davam etdir-FOTOLAR

Qızlar oxusun” layihəsi çərçivəsində “İcma Liderləri” proqramımızın 5 qalib layihəsindən biri olan “Woman Academy” layihəsi uğurla davam edir. Kanal32.az-a verilən məlumata görə Ucar rayonunda seçilmiş qızlar və qadınlar üçün dərzilik, toxuculu, qənnadçılıq və dizaynerlik  kursları və icmalarla görüş və təlimlər həyata keçirilir.Layihə çərçivəsində Toxuculuq kursları Könül Əliyevanın, Dərzilik kursları Aygün Ağayevanın, Qənnadı Kursları Lamiə Qasımovanın, […]

Təhsil

Abşeronda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova şəhid ailələri və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak edib. Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə baş tutan tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin […]

Təhsil

2 milyonluq təmir – Nazirliyin qalib etdiyi şirkət kimindir?

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhəri və respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.  Xəbəral.az Qaynarinfoya istinadən xəbər verir ki, tenderin qalibi “B.R.İ.S. Consulting” MMC seçilib. Təmir işlərinə 2 112 542,01 AZN xərclənəcək. Konkret hansı məktəblərin təmir ediləcəyi barədə isə […]

Təhsil

Məktəb direktoru: “Şagirdlərimizdən 7 nəfəri 500 baldan yuxarı nəticə göstərib…”

Xəbər verdiyimiz kimi bir neçə gündür ki, Sabirabad şəhər Nizami Gəncəvi adına 5-nömrəli tam orta məktəbin 11-ci A sinifinin 15 nəfər şagirdinin hamısının ali məktəbə qəbul olması sosial şəbəkədə müzakirələrə səbəb olub.  İnsanlar məktəbin bu cür yüksək nəticə göstərməsində məktəb rəhbərliyinin də əməyini istisna etməyiblər.  Adalet.az-ın əməkdaşı adı çəkilən məktəbin direktoru Elsevər Kərimovla əlaqə saxlayıb. […]

Təhsil

Valideynlər məktəbli formasını “Panda Kids”dən almağa məcbur edilir – “Tapşırıq BŞTİ-dən gəlib”

Bakıda valideynlər məktəbli formalarını məşhur “Panda Kids” mağazalar şəbəkəsindən almağa məcbur edilir. Xəbəral.az xəbər verir ki, bu barədə Bakupost.az –a şikayətçi valideynlərdən biri məlumat verib.Qiymətlər və geyimlərin keyfiyyəti ilə maraqlanan valideyn deyir ki, məktəbli formalarını “Sədərək” Ticarət Mərkəzindən daha uyğun qiymətə almaq mümkündür. Üstəlik, orada formalar Bakı Tikiş Evinin (BTE) təklif etdiyindən qat-qat keyfiyyətlidir:“BTE tənzif […]

Təhsil

30 ildir kreslonu zəbt edən Məleykə Abbaszadə işdən çıxarılır? – İDDİA – AÇIQLAMA

Hazırda yerli KİV-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir. Xəbəral.az Yenisabah-a istinadən xəbər verir ki, Abbaszadə ilə bağlı mövqe qətiləşib: “Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda […]

Təhsil

Daha bir məktəb direktoru özünə dəbdəbəli ad günü keçirib ŞOK qadağa qoydu – FOTO

Xaçmaz şəhər 9-saylı orta məktəbinin direktor əvəzi Vəfa Musayeva özünə dəbdəbəli doğum günü keçirib.Tədbir Xaçmaz şəhərinin Zeynalabdin Taghiyev prospektində yerləşən “Sevimli Soba”adlı restoranda baş tutub. Etibarlı mənbənin verdiyi məlumata görə Vəfa Musayevanın bu doğum günü tədbiri üçün məktəbin pedaqoji kollektivindən 2000 manata qədər vəsait toplanılıb.Bu pulun könüllü və yaxud məcburi toplanması barədə hər hansı bir […]

Təhsil

Mingəçevir Dövlət Universitetində 68 minlik cari təmir – Qalib şirkət kimindir?

Mingəçevir Dövlət Universiteti (MDU) cari təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.Xəbəral.az xəbər verir ki, tenderin qalibi “Lider-Line” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 68 674,47 AZN-dir. “Lider-Line” MMC 20 aprel 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əsgərov Namizəd Şahmar oğludur. Açıq mənbələrdə şirkət və […]