Təhsil

30 ildir kreslonu zəbt edən Məleykə Abbaszadə işdən çıxarılır? – İDDİA – AÇIQLAMA

Sharing is caring!

Hazırda yerli KİV-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.

Xəbəral.az Yenisabah-a istinadən xəbər verir ki, Abbaszadə ilə bağlı mövqe qətiləşib: “Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var. Həmçinin Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi Elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir”. 

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumatlar yayılıb. DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.

Məsələ ilə Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı məlumat yoxdur.

Qeyd edək ki, DİM-də vəzifə dayişikliyinə səbəb olaraq, bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması göstərilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir