Təhsil

Daha bir məktəb direktoru özünə dəbdəbəli ad günü keçirib ŞOK qadağa qoydu – FOTO

Sharing is caring!

Xaçmaz şəhər 9-saylı orta məktəbinin direktor əvəzi Vəfa Musayeva özünə dəbdəbəli doğum günü keçirib.Tədbir Xaçmaz şəhərinin Zeynalabdin Taghiyev prospektində yerləşən “Sevimli Soba”adlı restoranda baş tutub.

Etibarlı mənbənin verdiyi məlumata görə Vəfa Musayevanın bu doğum günü tədbiri üçün məktəbin pedaqoji kollektivindən 2000 manata qədər vəsait toplanılıb.Bu pulun könüllü və yaxud məcburi toplanması barədə hər hansı bir məlumat olmasada tədbirin məs yığılan həmin vəsait hesabına təşkil edildiyi dəqiqdir.

Gundəm.info.az-a verilən məlumata görə Vəfa Musayeva bu tədbirdə pedaqoji kollektivə şəkil və video lentə almağı da qadağan edib.Deyilənə görə doğum günündə bütün şəkillər məs onun özünün şəxsi mabil telefonu ilə lentə alınıb.

Tədbirdə direktora daha hansı hədiyyələrin verildiyini görmək istəyən şəxslər hazırda yuxarıda qeyd etdiyimiz “Sevimli Soba”restoranına gedib öz gözləri ilə şahidi ola bilərlər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir