Siyasət

Hikmət Hacıyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib – VİDEO

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücumu və zəbt etməsi nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri […]

Siyasət

Xocalı sakinlərinin qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR – VİDEO

Baku TV Xocalı sakinlərinin qətlə yetirildiyi yerdən reportaj hazırlayıb. Görüntülərdə kütləvi məzarlığın tapıldığı ərazini görmək mümkündür. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc […]

Siyasət

TDT: “Xocalı qurbanlarını ehtiramla yad edir, Azərbaycana dəstəyimizi vurğulayırıq” – FOTO

“Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq” Oxu.Az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) “X” hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb. “Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə […]

Siyasət

Qisas döyüş meydanında alındı – FOTO

2023-cü ilin 19-20 sentyabr tarixlərində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı da daxil olmaqla, bütün ərazilərimizdə suverenliyimiz bərpa olundu. Xocalı soyqırımının qisası alındı. Lakin düşməndən fərqli olaraq, bu qisas dinc, müdafiəsiz əhalidən deyil, döyüş meydanında alındı. İşğal dövrünün ən qaranlıq səhifələrindən biri olan, “Əsrin faciəsi” adını alan Xocalı soyqırımının 32-ci ili tamamlanır. […]

Siyasət

Tükiyə alpinistləri Xocalı faciəsi qurbanlarının xatirəsini Haçadağın zirvəsində anıb – FOTO

Tükiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin xatirəsini Haçadağın zirvəsində anıb. “Report” xəbər verir ki, Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq təşkil olunan yürüş səhər saatlarında Culfa rayonu Gal kəndindən start götürüb və iştirakçılar zirvəyə qədər olan doqquz kilomet məsafə qət ediblər. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Turizm Departamenti və Naxçıvan Hava […]

Siyasət

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşımda “26 fevral 1992. Xocalı soyqırımı” sözləri yer alıb. pic.twitter.com/AIFy202Bgu — İlham Əliyev (@azpresident) February 25, 2024   Xeberal.az

Siyasət

Məlahət İbrahimqızı: “İlham Əliyev qalib Azərbaycanın yeni dövrünün yol xəritəsini açıqladı” – FOTO

“Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevə inam və etimadını nümayiş etdirdi. Zəfər seçkilərinin qalibi müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran Ali Baş Komandanımız oldu. Son iki yüz illik tariximizdə torpaqlarımızı azad edən, onu əsl sahibinə qaytaran lider məhz Prezident İlham Əliyevdir. Xalqımız da haqlı olaraq bütün müstəvilərdə prezidentin siyasətinə açıq dəstək ifadə […]

Siyasət

Texas Nümayəndələr Palatasının üzvü Xocalı soyqırımına dair bəyannamə imzalayıb – FOTO

Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson Xocalı soyqırımına dair bəyannamə imzalayıb və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcək. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə o, ABŞ-nin Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Remember Khojaly” adlı tədbirdə deyib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət […]

Siyasət

Qubadlı rayonuna yeni prokuror təyin edilib

Qubadlı rayonuna yeni prokuror təyin edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb. Vəzifə Emil Kərimova həvalə olunub. Qeyd edək ki, Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb. Xeberal.az

Siyasət

Kamran Əliyev iki rayona yeni prokuror təyin ETDİ

Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib. Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb. Xeberal.az