Siyasət

Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi

Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. President.az xəbər verir ki, məktubda deyilir: “Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram. Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən […]

Siyasət

Deputat: “İlham Əliyev böyük dövlətlərin bizimlə hesablaşmasına nail oldu” – FOTO

“İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə mütləq şəkildə qarşıya qoyulan məsələlərin həllinə nail olacağına söz vermişdi. Bu, belə də oldu”. Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, İlham Əliyev illər əvvəl verdiyi vədləri yerinə yetirib: “Dövlət başçısı işğal altında olan torpaqlarımızın geri qaytarılacağına, Azərbaycanın suveren hüquqlarının tam bərpa olunacağına söz […]

Siyasət

COP29-la bağlı yaradılmış Təşkilat Komitəsinə yeni üzvlər əlavə edildilər – ADLAR

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilib.  President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev […]

Siyasət

Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Xatırladaq ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub […]

Siyasət

Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxs təltif edildi – SİYAHI

Prezident İlham Əliyev Avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Sərəncama əsasən, Avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Azadəliyev Azadəli Kəlbəli oğlu Əkbərov Mübariz Hilal oğlu Qocayev Əvəz İlyas […]

Siyasət

COP28-in sədrliyi COP29 nümayəndə heyəti ilə görüşüb – FOTO

COP28-in sədrliyi COP29 nümayəndə heyəti ilə görüşüb. Bu barədə COP28-in “X” hesabında məlumat yerləşdirilib. “COP28 sədrliyi gələn COP29 sədrliyi ilə birlikdə ilin ilk nümayəndə heyətinin görüşünü keçirdi. Biz BƏƏ Konsensusunu həyata keçirmək və Bakıda baş tutacaq COP29-da güclü nəticələr əldə etmək üçün zəmin yaratmaq məqsədilə il boyu bütün tərəflərlə sıx işləməyə davam edəcəyik”, – deyə […]

Siyasət

Fuad Hüseynəliyev: “Fransa Cənubi Qafqazda əlavə gərginlik yaradır”

“Fransa Azərbaycanı törətmədiyi cinayətlərdə ittiham etməklə Cənubi Qafqaz regionunda hələ də əlavə gərginlik yaradır”. Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalına açıqlamasında Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında son bəyanatına münasibət bildirərkən deyib. “Makronun Qarabağ ermənilərinin qayıtması məsələsi ilə bağlı açıqlamalarını izah etmək çətindir, çünki hətta Ermənistan […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Xalq yazıçısının dəfn mərasiminə əklil göndəriblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib. “Report” xəbər verir ki, əklil Şamaxıda dəfn edilən yazıçının məzarı önünə qoyulub. Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib. Xeberal.az

Siyasət

Elşad Mirbəşiroğlu: “Azərbaycan üçün ən uğurlu platforma Türk Dövlətləri Təşkilatıdır”

“Prezident İlham Əliyev andiçmə mərasimində ölkədə bütün sahələri əhatə edən və gələcək inkişaf istiqamətində fəaliyyət imperativlərini özündə ifadə edən çıxış etdi. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycana 20 illik rəhbərlik etdiyi dövrdə ölkənin imicini müsbət istiqamətdə inkişaf etdirdi”. Bunu Oxu.Az-a açıqlamasında Prezident İlham Əliyevin andiçmə mərasimdə səsləndirdiyi fikirləri şərh edən Milli Məclisin Müdafiə, […]