Siyasət

“Azərbaycanın yaşıl enerji siyasəti qlobal siyasi arenada mövqeyini daha da gücləndirməyə imkan verir” – FOTO

“Azərbaycan Prezidentinin andiçmə mərasimində söylədiyi nitq yeni tarixi mərhələyə qədəm qoymuş müstəqil dövlətimizin strateji hədəfləri, bugünkü və gələcək qayğıları, qarşımızda duran vəzifələr haqqında kifayət qədər aydın təsəvvür yaradır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də milli dövlətçilik maraqlarımızın müdafiəsi, ölkənin təhlükəsizliyinin qorunması, vətəndaşların rifahının təmin edilməsi üçün zəruri olan siyasi qərarların vaxtında […]

Siyasət

Maldiv prezidenti İlham Əliyevi təbrik etdi

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.  President.az xəbər verir ki, məktubda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət […]

Siyasət

Kolumbiya telekanalında Xocalı soyqırımı ilə bağlı geniş süjet efirə gedib – FOTO

Bütün Latın Amerikası üzrə yayımlanan Kolumbiyanın aparıcı telekanalı “NTN24”də Xocalı soyqırımına həsr olunmuş geniş süjet efirə gedib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib. Süjetdə erməni cəlladlarının Xocalıda törətdikləri ağlasığmaz vəhşiliklərlə yanaşı, ölkə ərazisində kütləvi məzarlıqların tapılmağa davam etməsi və bu dəhşətli faciəni törədənlərin hələ də layiqli cəzalarını almadıqları barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qəbiristanlığı, dini abidəni dağıtmaq vəhşiliyin bariz nümunəsidir” – VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı Aydın Mirzəzadə olub. O, ata-baba yurdu olan Göyçə mahalı, Basarkeçər rayonunun Zod kəndi haqqında danışıb. Bildirib ki, bu tarixi Azərbaycan kəndində vaxtilə minlərlə soydaşımız yaşadığı halda, hazırda iki yüz nəfərlik erməni məskunlaşdırılıb. Deputat ötən əsrin ortalarında babasının […]

Siyasət

Ukrayna-Polşa sərhədində vəziyyət niyə gərginləşir? – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gün Ukraynanın Dnepropetrovsk, Nikolayev, Xarkov, Xerson, Donetsk vilayətləri çox güclü və ciddi hava hücumuna məruz qalıb: “Donetsk və Xersonda qarşılıqlı döyüşlər daha da şiddətlənib. Nikolayev vilayətində hətta Ukraynaya səfər etmiş Almaniyanın xarici işlər naziri Annalena […]

Siyasət

Xocalı: Hər kəs layiqli cəzasını aldı – VİDEO

Azərbaycan xalqı ən yeni tariximizin ən qanlı hadisələrindən biri – Xocalı faciəsinin 32-ci ildönmünü qeyd etdiyi bir zamanda həmin ərazidə daha bir kütləvi məzarlığın aşkar olunduğu barədə xəbərlər yayılıb. Bu barədə “Caliber”in “YouTube” səhifəsində yayımlanan yeni süjetdə bildirilir. Qeyd olunur ki, bu və daha öncə tapılan analoji məzarlarda məhz soyqırıma məruz qalan azərbaycanlıların dəfn olunduğu […]

Siyasət

Xocalı soyqırımı ilə bağlı paylaşımlar sosial medianın trendində – FOTO

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycanda sosial media istifadəçilərinin etdiyi paylaşımlar həm ölkə daxilində, həm də xaricdə geniş yayılaraq trendə düşüb. Oxu.Az xəbər verir ki, fevralın 25-i Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial media hesablarından etdikləri paylaşımların ardınca sosial media istifadəçiləri soyqırıma dair çoxsaylı fotoşəkil, video-görüntü və məlumatlar, həm Xocalı faciəsini […]

Siyasət

Rusiya mətbuatı Xocalı faciəsi barədə: “Heç kim unutmayacaq” – FOTO

Bu gün, fevralın 26-da Azərbaycan sakinləri Xocalı qətliamının qurbanı olmuş həmvətənlərinin xatirəsini ehtiramla yad edirlər. Bu barədə info24.ru resursunda yer alan məqalədə bildirilir. “Rəsmi məlumata görə, 32 il əvvəl Ermənistan silahlı qüvvələri Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla 613 nəfəri qətlə yetirib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq yetim qalıb, 150 məhbusun taleyi hələ […]