Siyasət

Mun Çje İn: “ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək”

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib. “ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, – Mun Çje İn birgə […]

Siyasət

Rusiyada oliqarx yoxdur – Putin

Rusiyada oliqarx, eləcə də hökumətə yaxınlığından istifadə edərək üstünlüklər qazanmağa çalışan böyük şirkətlər yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Faynənşl Tayms”a müsahibəsində deyib. “Oliqarxlar hakimiyyətə yaxınlığından istifadə edərək yüksək gəlir əldə edənlərdir. Hakimiyyətə yaxınlığından istifadə edib üstünlüklər əldə edən böyük şirkətlər tanımıram”, – o bildirib.

Siyasət

Szinpin BRİKS ölkələrinə çağırış etdi

BRİKS ölkələri xarici təhdidlərə qarşı müqavimət imkanlarını artırmalıdırlar. Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin G20 sammiti çərçivəsində BRİKS liderləriylə görüşü zamanı deyib. O, BRİKS ölkələrinin çətin vəziyyətlə qarşılaşdığını, buna görə öz dövlətlərini gücləndirmələri gərəkdiyini vurğulayıb. Çin lideri BRİKS ölkələrinin beynəlxalq aləmdə münbit şəraitin yaradılması üçün səylər sərf etməli olduğunu bildirib.

Siyasət

Səfir: “Bakı-Dehli aviareysi Azərbaycanda çalışan Hindistan şirkətlərinin artmasına gətirib çıxaracaq”

Bakıdan Dehliyə birbaşa aviareysin açılması Azərbaycanda çalışan Hindistan şirkətlərinin artmasına gətirib çıxaracaq. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev deyib. Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən etibarən Bakıdan Hindistanın paytaxtı və ən böyük şəhərlərindən biri olan Dehliyə birbaşa uçuşlara start verib. Reyslər həftənin II və V günləri ekonom […]

Siyasət

Deputat Qənirə Paşayeva AŞPA-nın yay sessiyasında gender bərabərliyindən danışıb

Silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı bu dəhşətli acını yaşayıb. Ermənistanın ölkəmizə silahlı təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edilməsi nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə məruz qalıb. Bu gün də yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi […]

Siyasət

Ramzan Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib

Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib. Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb. R.Kadırov Minskdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib: “Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə […]

Siyasət

Əli Nağıyev DTX-nın rəhbər heyətinə təqdim olunub, Mədət Quliyev şəxsi heyətlə vidalaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub. APA-nın məlumatına görə, bu gün Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyətinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi […]

Siyasət

Prezident Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Xeberal-in “Azərtac”a istinadən verdiyi xəbərə görə, Prezident Administrasiyasının məlumatında deyilir: “Artıq bir neçə gündür ki, bəzi internet saytlarında və sosial şəbəkələrdə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı yanlış və heç bir əsası olmayan məlumatlar yayılır. Bununla əlaqədar bildiririk ki, “Azərsilah” Açıq […]

Siyasət

Ramil Usubov kollektivlə vidalaşıb, yeni nazir təqdim edildi

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb. Unikal.org-un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. Ramil […]