Siyasət

Səfir: “Bakı-Dehli aviareysi Azərbaycanda çalışan Hindistan şirkətlərinin artmasına gətirib çıxaracaq”

Sharing is caring!

Bakıdan Dehliyə birbaşa aviareysin açılması Azərbaycanda çalışan Hindistan şirkətlərinin artmasına gətirib çıxaracaq.

“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev deyib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən etibarən Bakıdan Hindistanın paytaxtı və ən böyük şəhərlərindən biri olan Dehliyə birbaşa uçuşlara start verib. Reyslər həftənin II və V günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçirilir.

Səfirin sözlərinə görə, hazırda Azərbaycanda 230-a yaxın Hindistan şirkəti fəaliyyət göstərir və yeni aviareysin açılması sayəsində bu rəqəm artacaq.

Ə. Şıxəliyev onu da qeyd edib ki, ölkələr arasında olan iqtisadi əlaqələr, turist axını və mədəni münasibətlər birbaşa aviareyslərdən asılıdır.

“Ölkəmizə çoxsaylı Hindistan nümayəndə heyəti və işgüzar adamlar gəlir, birbaşa aviareys sayəsində isə bu rəqəm qat-qat artacaq. Güman edirəm ki, bunun nəticəsində Hindistanın biznes şirkətləri Azərbaycana böyük məbləğdə investisiya yatıracaqlar”, – deyə səfir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir