Siyasət

Cavad Zərif: “Bu qərarın heç kimə faydası olmayacaq”

“Sanksiyaların mənim üçün bir problemi yoxdur”. APA “CNN”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın aparıcı qəzetlərdən birinə rəsmi Vaşinqton tərəfindən ona qarşı irəli sürülən sanksiyaları şərh edərkən deyib. O bildirib ki, onu tanıyan hər kəs bilir ki, İranda, eləcə də xaricdə nə özünə, nə də ki, ailəsinə məxsus […]

manset Siyasət

Birinci vitse-prezident: “Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”

“2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul olunub. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilib”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib. Mehriban Əliyeva qeyd edib ki, […]

Siyasət

Penitensiar Xidmətin Müalicə müəssisəsində başçəkmə keçirilib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində başçəkmə həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi […]

Siyasət

Ağ Ev rəsmisi: “Öz siyasətini dəyişməyincə, İrana qarşı təzyiq davam etdiriləcək”

Rəsmi Tehran öz siyasətini dəyişməyincə, İrana qarşı maksimal təzyiq kampaniyası davam edəcək. ABŞ İran hakimiyyətinə nüvə silahını inkişaf etdirməyə imkan verməyəcək. Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişemin yaydığı yazılı açıqlamada deyilir. Açıqlama İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Planına zidd olaraq bu ölkə tərəfindən zənginləşdirilmiş uran […]

Siyasət

Azərbaycan NATO-nun tanıtım proqramında təmsil olunur

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək. Trend-in məlumatına görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə, habelə təşkilatın yüksək vəzifəli […]

Siyasət

Elmar Məmmədyarov UNESKO-nun Baş direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakı çərçivəsində təşkilatın Baş direktoru Odre Azule ilə görüşdü. Baş direktor Ümumdünya İrs Komitəsinin iclasının UNESKO-nun ən böyük tədbirlərindən olduğunu qeyd edərək, bu tədbirə bütün dünyadan nümayəndələrin qatıldığını söylədi. Komitənin 43-cü sessiyasına ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə minnətdarlığını ifadə […]

Siyasət

Mun Çje İn: “ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək”

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər. Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib. “ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, – Mun Çje İn birgə […]

Siyasət

Rusiyada oliqarx yoxdur – Putin

Rusiyada oliqarx, eləcə də hökumətə yaxınlığından istifadə edərək üstünlüklər qazanmağa çalışan böyük şirkətlər yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Faynənşl Tayms”a müsahibəsində deyib. “Oliqarxlar hakimiyyətə yaxınlığından istifadə edərək yüksək gəlir əldə edənlərdir. Hakimiyyətə yaxınlığından istifadə edib üstünlüklər əldə edən böyük şirkətlər tanımıram”, – o bildirib.

Siyasət

Szinpin BRİKS ölkələrinə çağırış etdi

BRİKS ölkələri xarici təhdidlərə qarşı müqavimət imkanlarını artırmalıdırlar. Axar.az xəbər verir ki, bunu Çin lideri Si Szinpin G20 sammiti çərçivəsində BRİKS liderləriylə görüşü zamanı deyib. O, BRİKS ölkələrinin çətin vəziyyətlə qarşılaşdığını, buna görə öz dövlətlərini gücləndirmələri gərəkdiyini vurğulayıb. Çin lideri BRİKS ölkələrinin beynəlxalq aləmdə münbit şəraitin yaradılması üçün səylər sərf etməli olduğunu bildirib.