Siyasət

Mun Çje İn: “ABŞ və KXDR liderləri iki Koreyanın sərhədində görüşəcək”

Sharing is caring!

ABŞ və KXDR liderləri tarixdə ilk dəfə Koreya yarımadasında hərbi-demarkasiya xəttində görüşəcəklər.

Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Cənubi Koreya prezidenti Mun Çje İn Seulda ABŞ lideri ilə danışıqlardan sonra verib.

“ABŞ-la Şimali Koreya atəşkəs barədə razılaşma əldə olunduqdan 66 il sonra ilk dəfə Pxanmuncomda görüşəcək”, – Mun Çje İn birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vaşinqton və Seul Koreya yarımadasının nüvəsizləşdirilməsinin, eləcə də ABŞ-la KXDR arasında münasibətlərin normallaşdırılmasının vacibliyini düşünür.

Ehtimal olunur ki, Donald Trampla KXDR lideri Kim Çen Inın görüşü yaxın saatlarda, ABŞ liderinin Cənubi Koreyaya səfəri başa çatmazdan əvvəl baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir