Siyasət

Cavad Zərif: “Bu qərarın heç kimə faydası olmayacaq”

Sharing is caring!

“Sanksiyaların mənim üçün bir problemi yoxdur”.

APA “CNN”ə istinadla xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın aparıcı qəzetlərdən birinə rəsmi Vaşinqton tərəfindən ona qarşı irəli sürülən sanksiyaları şərh edərkən deyib.

O bildirib ki, onu tanıyan hər kəs bilir ki, İranda, eləcə də xaricdə nə özünə, nə də ki, ailəsinə məxsus heç bir əmlak və ya bank hesabı yoxdur.

İranlı nazir əlavə edib ki, İran onun bütün həyatıdır: “Ona görə də məlum sanksiyanın mənim üçün heç bir problem yaradacağını görmürəm”.

Zərif bildirib ki, adının ABŞ-ın sanksiya siyahısına salınması quracağı diplomatik əlaqələrə maneə törədəcək: “Bu qərarın heç kimə faydası olmayacaq”.

Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Naziri Steven Mnuç İran xarici işlər naziri Cavad Zərifin adının bu həftə ABŞ tərəfindən sanksiya siyahısına əlavə olunacağını söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir