Kriminal

Əjdər Ol kassasiya şikayətini geri götürüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda şikayətə baxılıb. Əjdər Cəbiyev məhkəməyə ərizə göndərib. O, kassasiya şikayətini geri götürüb. Qeyd edək ki, Əjdər Cəbiyev (Əjdər Ol) sabiq Əmək və Əhalinin […]

Kriminal

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar

Sumqayıtda evlərdən pul və qızıl oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10 500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar […]

Kriminal

Ali Məhkəmə “Location” gecə klubunda partlayışa görə tutulanlarla bağlı qərar verib

“Location” gecə klubundakı partlayışa görə təqsirləndirilən Orxan Səfərli və Ruslan Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. APA xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinə baxılıb. Məhkəmə kassasiya şikayətini təmin etməyib. Apellyasiya instansiyasının qərarı qüvvədə saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, […]

Kriminal

DSX-dən ƏMƏLİYYAT: İrandan 40 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

Dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri […]

Kriminal

Kafedə qanlı dava: Bıçağı qarnına sancdı

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kafedə qeydə alınıb. Hadisə zamanı İlyas Zəkulla oğlu Məmmədov qarın boşluğundan bıçaq xəsarət alıb. İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Xeberal.az

Kriminal

DİN-dən silsilə ƏMƏLİYYATLAR: Dörd milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb – FOTO/VİDEO

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul […]

Kriminal

Metroda oğurluq edən şəxs saxlandı

İctimai nəqliyyatda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Metropolitendə Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə metro stansiyasında bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü V.Qasımlı müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Bakıda avtomobil 80 yaşlı qadını vurub

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1943-cü il təvəllüdlü Gülüstan Əşrəf qızı Şamirovanı vurub. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Kriminal

2023-cü ildə ABŞ-də kütləvi atışmaların sayı rekord həddə çatıb

2023-cü ildə ABŞ-də kütləvi atışmaların sayı 38-ə çatıb ki, bu da 2006-cı ildən bəri ən yüksək rəqəmdir. Məlumata görə, əvvəlki rekord 36 hadisə ilə keçən il qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl Ohayo ştatında “Walmart” mağazasında baş verən atışma nəticəsində bir nəfər həlak olub. Həmçinin Memfis şəhərində də üç qadın və 13 yaşlı qız […]

Kriminal

Dövlət Vergi Xidmətinin keçmiş vəzifəli şəxslərinə HÖKM OXUNDU

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin sabiq rəisi Zaur Sefi oğlu Adilov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin sabiq rəisi Əjdər Nəsib oğlu Əliyevə hökm oxunub. “Report” xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub. Zaur Adilov 2 il müddətinə dövlət və […]