Kriminal

Dövlət Xidmətinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsinin istintaqı başa çatıb

Neftçalada rüşvət almaqda təqsirləndirilən vəfizəli şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədov barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı […]

Kriminal

Dövlətə xəyanət etmiş şəxsə cəza verildi

2022-ci il ərzində İran xüsusi xidmət orqanlarının gizli əməkdaşlığa cəlb etdiyi şəxsə Şəki Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Yevlax rayon sakini Elnur M. Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinib. Araşdırmalar zamanı məlum olub ki, Elnur “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax şəhəri üzrə texniki-xidmət məntəqəsində […]

Kriminal

Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi – FOTO

“Mahir Ay Brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib. “Report” xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib. Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə […]

Kriminal

Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb.  Oxu.Az-ın əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.  Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib. Xeberal.az

Kriminal

Onu yuxudan oyadan otaq yoldaşını bıçaqladı – QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, hadisə 20 iyul 2021-ci il tarixdə, saat 3 radələrində paytaxt ərazisində yerləşən evlərin […]

Kriminal

Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü – VİDEO

Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib. “37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə […]

Kriminal

Məhkəmə insan alverçisi ilə bağlı qərar verdi

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Təranə Qarayevanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Qarayeva 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Təranə Qarayeva DİN İnsan Alverinə qarşı Mübarizə Baş […]

Kriminal

Sərnişin “Prius”un qarşısını kəsən şəxsi kürəyindən bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sübhan Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə 9 aprel 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Suraxanı […]

Kriminal

Avtomobillə müharibə iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayəti təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum […]