Kriminal

Onu yuxudan oyadan otaq yoldaşını bıçaqladı – QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Faiq Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 20 iyul 2021-ci il tarixdə, saat 3 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Faiq Məmmədov sərxoş vəziyyətdə birlikdə kirayə yaşadığı otaq yoldaşı, zərərçəkmiş Xəlil Həsənovun onu yuxudan oyatmasını bəhanə gətirərək mübahisə edib. Daha sonra təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə otaqda masanın üzərindəki mətbəx bıçağını götürüb, zərərçəkmiş şəxsə bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

Hadisədən sonra Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi Faiq Məmmədovun şikayətini təmin etməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir