MARAQLI

Məşhur velosiped oğurlandı – FOTO

Sharing is caring!

Dünyaca məşhur qraffiti rəssam Benksinin əsərlərindən biri oğruların hücumuna məruz qalıb.

Xəbəral.az xəbər verir ki, rəssamın Nottinqem küçələrindən birinin divarına çəkdiyi balaca qız rəsminin yanında yer alan və şəkillə birlikdə həmahəng təşkil edən velosiped oğurlanıb. Oğurluq hadisəsindən sonra müvafiq qurumlar divardakı əsəri plastik üzlüklə mühafizə altına alıb.

Məhəllə sakinləri velosipedin oğurlandığını ertəsi gün öyrəndikərini deyiblər. Onlar oğurlanan “Raleigh” markalı velosipedin Nottinqem tarixində mühüm yer tutduğunu və onun götürülməsinin hörmətsizlik olduğunu deyiblər. Əsəri maraqlı edən məqam, velosipedin bir təkərinin balaca qızın belində olan halqa kimi təsvir edilməsidir. Mütəxəssislər, bu əsərin ümumi qiymətinin 285 min dollar olduğunu bildiriblər.

Qeyd edək ki, Benksi kimliyi dəqiq məlum olmayan Böyük Britaniyalı məşhur qraffiti-rəssamdır. O çəkdiyi rəsmləri satmır, amma onun əsərlərini divarla birlikdə almaq istəyən insanlar olub. /Axşam.az

Məşhur velosiped oğurlandı - FOTOMəşhur velosiped oğurlandı - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir