Kriminal

Türkiyə daxili işlər naziri paylaşım etdi: Eyni vaxtda 10-larla cinayət təşkilatı çökdürüldü – VİDEO

Sharing is caring!


Türkiyədə 37 bölgədə eyni vaxtda həyata keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində çox sayda cinayətkar qrup çökdürülüb.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında açıqlama verib.

“37 vilayətdə eyni vaxtda keçirilən “Kafes-18” əməliyyatı çərçivəsində 9-u milli və yerli mütəşəkkil cinayət təşkilatı, 30-u isə bu təşkilatları silah və materiallarla təmin edən cinayətkar qrup olmaqla ümumilikdə 39 mütəşəkkil cinayət strukturu çökdürülüb.

Mütəşəkkil cinayətkar təşkilatın rəhbərləri ilə birlikdə 257 şübhəli şəxs ələ keçirilib”, – deyə Ali Yerlikaya bununla bağlı paylaşımda qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir