Kriminal

Avtomobillə müharibə iştirakçısını vuraraq öldürən sərxoş sürücü ilə bağlı QƏRAR

Sharing is caring!


Gəncə Apellyasiya Məhkəməsində Goranboyda içkili vəziyyətdə iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən sürücü Abbas Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abbasov 4 il sürücülük hüququndan mərhum edilməklə 8 il 6 ay həbs cəzasına məhkum olunub. İttihama görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Goranboyda toydan sərxoş vəziyyətdə qayıdan Abbas Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobildə idarəetməni itirib və yolun kənarında dayanan “Toyota RAV4” və “Mercedes CLS” markalı minik maşınlarına çırpılıb. Hadisə nəticəsində Nəticədə “Toyota”nın sürücüsü, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov və “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Rəşad Hüseynov ölüblər.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ayxan İsgəndərov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir