Kriminal

Bakıda soyğunçuluq edən Şamaxı sakini TUTULDU

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 26-da saat 23 radələrində “Chevrolet” markalı avtomobildə sürücünün mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş H.Məmmədşuri saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində […]

Kriminal

Rüşvət alan xəstəxana direktoru yenidən hakim qarşısında

“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 30-na təyin edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fövzi Tahirov təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. […]

Kriminal

Şirvanda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıblar

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat verib. Bildirilib ki, ötən gün ərzində şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan […]

Kriminal

Barışmağa getdi, 14 bıçaq vurub öldürdü: Bakıda keçmiş ərin DƏHŞƏTLİ CİNAYƏTİ

2022-ci il dekabrın 7-də Bakının Xətai rayonu M.Hadi küçəsindəki 73 nömrəli binanın qarşısında qətl hadisəsi olub. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Burada 1983-cü il təvəllüdlü Raminə Qəribovanın meyiti tapılıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi […]

Kriminal

Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib

Beyləqanda ər arvadını bıçaqladıqdan sonra özünə də xəsarət yetirib. APA xəbər verir ki, hadisə Beyləqan şəhərində qeydə alınıb. 1993-cü il təvəllüdlü Ramiz Eldar oğlu Abuzərov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Ülkər Mahir qızı Abuzərovaya ailə münaqişəsi zəminində bıçaqla xəsarət yetirib. O, daha sonra özünə də xəsarət yetirib. Xəsarət alan hər iki şəxs Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla […]

Kriminal

Qızılağac cinsli meşə materialını qanunsuz daşıyan şəxslər məsuliyyətə cəlb olunublar – FOTO

Lənkəran rayonunun Qurumba kəndi ərazisində qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlərlə sözügedən ərazidə yerləşən E.Əmirova məxsus, qanunsuz fəaliyyət göstərən taxta emalı sexinə keçirilən baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,5 kubmetr həcmində qızılağac cinsli […]

Kriminal

Milyonlarla manat pulu mənimsəməkdə ittiham edilən şəxs bəraət aldı

Məşhur “Clear” hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin iki milyondan çox pulunu dələduzluq yolu ilə ələkeçirmə ittihamı üzrə 10 il azadlıqdan məhrum edilmiş Elşən İsmayılovun şikayətinə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ittihamla əlaqəsiz olduğunu deyib. Müttəhim özü də əvvəlki məhkəmədəki kimi burada da günahsız olduğunu deyərək bəraətini tələb […]

Kriminal

Sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs TUTULDU – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edən və qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, bir neçə rayon sakini polisə müraciət edərək “Instagram”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, […]

Kriminal

Külli miqdarda dərman preparatları aşkar edildi – FOTO/VİDEO

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması […]

Kriminal

Gəncədə qardaş bacısını öldürdü

Gəncədə qardaş bacısını qətlə yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib. Xeberal.az