Kriminal

Zeynəb Xanlarovanın bacısı oğlunun təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun da təqsirləndirildiyi cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub. “Report” xəbər verir ki, kassasiya şikayətinə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq. Qeyd edək ki, aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə […]

Kriminal

Göyçayda bir gündə vətəndaşlardan qanunsuz saxlanılan səkkiz odlu silah götürülüb – FOTO/VİDEO

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat və profilaktiki tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son bir gün ərzində keçirilən əməliyyat tədbirləri ilə vətəndaşlardan ümumilikdə 8 ədəd müxtəlif markalı ov tüfəngləri götürülüb.  Cari il […]

Kriminal

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs TUTULDU

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Kriminal

Qız qaçıran qohumlara ağır cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda qız qaçırmaqda təqsirləndirilən Zamir Həsənov və onun dayısı oğlu Samir Qafarovun (hər ikisinin ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxsə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. […]

Kriminal

20 il əvvəlki cinayətə görə tutulan sabiq vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində 20 il əvvəl paytaxtda yuyucu toz məmulatlarının satışı ilə məşğul olan Hindistan vətəndaşlarından rüşvət almaqda ittiham olunan Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun  barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə […]

Kriminal

Binəqədidə dava: Gənc oğlan bıçaqlandı

Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. “Unikal” xəbər verir ki, hadisə “Binəqədi Gənclər Şəhərciyi”ndə qeydə alınıb. 1992-ci il təvəllüdlü Rəşad Zəfər oğlu Şiranzadə tanımadığı şəxslə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar. Xeberal.az

Kriminal

Beş ilin qisası: Dünya çempionunun CİNAYƏT İŞİ + FOTO

2018-ci il iyulun 3-də Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya küçəsində kosmetika mağazasının qarşısında Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Davud Ağayev qətlə yetirilib. Onu öldürən Yasin Həsənov 2022-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılıb. Məlum olub ki, 2013-cü ildə D. Ağayev Y. Həsənova odlu silahdan atəş açaraq, onu yaralayıb. Y. Həsənov […]

Kriminal

Arvadını öldürən üç uşaq atası: “Onu əvvəl boğmağa başladım”

Bakıda arvadını qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Quliyevin məhkəmə ifadəsi məlum olub. Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Zöhrab Quliyev ifadəsində göstərib ki, 2004-cü il tarixdə zərərçəkmiş, Sevinc Quliyeva ilə evlənib. Həmin evlilikdən üç övladları olub. […]

Kriminal

Tovuzda qıza görə bıçaqlaşma: “Onun sevdiyi qızın əlindən tutdum…”

Tovuz rayonunda 2005-ci il təvəllüdlü Fazil münaqişə zəminində tanışı Elvinə (adlar şərti verilib – red.) xəsarət yetirib. Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində baş verib. Fazil eyni kənddə yaşadığı Elvinlə həmin gün bir qədər əvvəl zarafatla onun gözü qarşısında əvvəllər sevdiyi qızın əlindən nümayişkaranə surətdə tutması səbəbindən mübahisə edib. Mübahisə zamanı […]

Kriminal

“Abzas Media”nın direktoru və baş redaktoru barəsində həbs qətimkan tədbiri seçilib

Bu gün saxlanılan “Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. “Report” xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qərar qəbul olunub. Qərara əsasən, Sevinc Abbasova barəsində üç ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək […]