İqtisadiyyat

Beynəlxalq maliyyə qurumları Trans-Xəzər marşrutuna 10 milyard avro sərmayə qoyacaq

Avropa İttifaqı-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Nəqliyyat Dəhlizinə 10 milyard avroluq investisiya öhdəliyi elan edilib. Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb. İştirakçılar qarşıdakı iki gündə Trans-Xəzər […]

İqtisadiyyat

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib – FOTO

Energetika nazirinin müavini Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə COP29-un “X” səhifəsində paylaşım olunub. E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu […]

İqtisadiyyat

Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? – FOTO

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin, vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun […]

İqtisadiyyat

Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysterlə görüşüb. O, bu barədə öz “X” hesabında paylaşım edib. Bildirilib ki, görüşdə Azərbaycan üzrə hazırlanan Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələlər, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın potensial istiqamətləri nəzərdən keçirilib. Dünya Bankının (@WorldBank) Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani […]

İqtisadiyyat

Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 337,539 milyon manat təşkil edib. DGK xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1% çoxdur. Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6% artaraq 1 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11% artaraq 4 443,321 milyon manat, aksizlər üzrə daxilolmalar 32,8% artaraq […]

İqtisadiyyat

Mikayıl Cabbarov: “Kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb” – FOTO

“Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb”. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb. Bildirilib ki, kreditlər hesabına 3 000-dən çox yeni iş yeri yaradılıb. “Kreditlərin layihə sayı üzrə 99,8%-i, […]

İqtisadiyyat

COP-29 çərçivəsində ilk Azərbaycan İnvestisiya Forumu keçiriləcək

COP-29 çərçivəsində ilk Azərbaycan İnvestisiya Forumunun keçirilməsi nəzərdə tutulur. “APA-Economics” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev mətbuat konfransında bildirib. Ötən il Çinlə yeddi müqavilənin bağlanmasına diqqət çəkən Y.Abdullayev bildirib ki, 2023-cü ildə AZPROMO-nun Ticarət Nümayəndəliyinin aparatının dəstəyi ilə Çinə 2,1 milyon ABŞ dolları dəyərində qida, içki məhsulları […]

İqtisadiyyat

Zədələnmiş, cırılmış, ləkəli pullar: Onları necə dəyişək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan beş faizə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu. […]

İqtisadiyyat

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib

Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. “Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub. Yüklər müvəqqəti saxlama […]

İqtisadiyyat

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib

Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. “Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub. Yüklər müvəqqəti saxlama […]