İqtisadiyyat

Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? – FOTO

Sharing is caring!


“Əmək pensiyaları haqqında” Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin, vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub.

“Bu o deməkdir ki, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8,8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu, həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir.

Qeyd edək ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir