İqtisadiyyat

Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb

Sharing is caring!


2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 337,539 milyon manat təşkil edib.

DGK xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1% çoxdur.

Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6% artaraq 1 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11% artaraq 4 443,321 milyon manat, aksizlər üzrə daxilolmalar 32,8% artaraq 224,313 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,3% azalaraq 42,826 milyon manat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir