İqtisadiyyat

Nazir: “Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 40-a çatıb” – FOTO

“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb. Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb. “Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd […]

İqtisadiyyat

Mikayıl Cabbarov COP26-nın prezidenti ilə görüşüb – FOTO

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) prezidenti Ser Alok Şarma ilə enerji transformasiyası sahəsində fəal əməkdaşlığı müzakirə edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb. “S.A.Şarma ilə videokonfrans formatında keçirdiyimiz görüşdə enerji transformasiyası sahəsində fəal əməkdaşlıq, COP29 tədbiri üzrə təşkilati məsələlər və birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, – […]

İqtisadiyyat

İqtisadi artım hansı amilə əsaslansa yaxşıdır?

Pərviz Heydərov yazır… Ölkə iqtisadiyyatında sabitlik və dayanıqlıq davam edir. Dövlət Statistika Komitəsinin (DSK) yanvar ayının yekunlarına dair açıqladığı rəqəmlər bu ilə uğurla başladığımızı sübut edir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da qeyd edib ki, ölkə iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb.  Nazir ümumiyyətlə, iqtisadi artıma dair son illər ərzində yaranmış vəziyyətə nəzərən bildirib ki, neft-qaz […]

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,69 ABŞ dolları və ya 0,79% artaraq 87,62 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]

İqtisadiyyat

Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin məbləği açıqlandı

2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49% artım müşahidə edilib və 452 milyon ABŞ dolları təşkil edib. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır: “Bu mənada “Azərbaycan və Yaponiya arasında […]

İqtisadiyyat

Baş nazir Əli Əsədova təbrik məktubları ünvanlanıb

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. Oxu.Az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Baş nazir, BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı […]

İqtisadiyyat

Azərbaycan bankları “Contact”la pul köçürmələrini dayandırıb

Rusiyanın “Contact” pul köçürmə sistemi fəaliyyətini dayandırıb. APA-nın yerli banklardan aldığı məlumata görə, pulköçürmə sistemi Azərbaycan bankları vasitəsilə də xidməti dayandırıb. “Contact” qeyd edib ki, bu, bu gün “QIWI Bank”ın lisenziyasının ləğv edilməsi ilə bağlıdır: “Hörmətli müştərilər. Rusiya Bankından “QIWI Bank”ın lisenziyasının ləğv edildiyi barədə məlumat aldıq. Biz başa düşürük ki, hazırda çoxlu sualınız var. […]

İqtisadiyyat

Vətəndaşların NƏZƏRİNƏ: Sabah Bakının bir rayonunda qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman […]

İqtisadiyyat

İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb – FOTO

İtaliyanın “Opinio Juris” portalında Azərbaycanın yaşıl enerji və ekoloji transformasiya siyasətindən bəhs edən məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan, Avropa İttifaqı və ABŞ-ın iqlim və enerji siyasətlərinin müqayisəli təhlili aparılıb. İqlim dəyişikliyi, bərpaolunan enerji mənbələri üzrə texnologiyaların tətbiqi, təmiz enerji infrastrukturunun gücləndirilməsi, enerji keçidi, təhlükəsizliyi və davamlılıq strategiyaları təhlil olunub. Vurğulanır ki, enerji […]