İqtisadiyyat

Baş nazir Əli Əsədova təbrik məktubları ünvanlanıb

Sharing is caring!


BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Oxu.Az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

BP şirkətinin adından Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm can sağlığı və Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Bu il AÇG tərəfdaşları ilə Azərbaycan arasındakı uğurlu tərəfdaşlığın rəmzi olan “Əsrin müqaviləsinin” 30 illiyi ilə əlamətdardır. Biz Azərbaycanla onilliklər boyu davam edən əlaqələrimizə yüksək dəyər verir, Azərbaycan hökuməti və SOCAR ilə olan uzunmüddətli tərəfdaşlığımıza sadiq qalırıq.

Fürsətdən istifadə edərək, Sizə bu illər ərzində BP-nin operatoru olduğu layihələrə göstərdiyiniz davamlı dəstəyə görə minnətdarlığımızı bildiririk. Bu uğurlu əməkdaşlığı yüksək qiymətləndirir və uzun illər davam edəcəyinə ümid edirik”.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev də Azərbaycanın Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Əli Hidayət oğlu!

Yenidən yüksək dövlət vəzifəsi, Azərbaycan Respublikasının Baş naziri təyin edilməniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin rəhbərlik etdiyiniz hökümət ölkənin sosial-iqtisadi inkişafı üçün effektiv işləyəcək, həmçinin Müstəqil Dövlətlər Birliyi məkanında hərtərəfli əməkdaşlığın qorunması istiqamətində xətti davam etdirəcək.

Çox hörmətli Əli Hidayət oğlu, Sizə cansalığı, əmin-amanlıq və Azərbaycan xalqının mənafeyi naminə planların və təşəbüslərin icrasında uğurlar arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir