İqtisadiyyat

Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin məbləği açıqlandı

Sharing is caring!


2023-cü ildə Azərbaycan və Yaponiya arasında ticarət dövriyyəsində 2022-ci illə müqayisədə 49% artım müşahidə edilib və 452 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, bu göstərici qarşıdakı illərdə mövcud potensiala cavab verəcək artımın olacağına ümid yaradır:

“Bu mənada “Azərbaycan və Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş” layihəsi ilə bağlı müzakirələrin sona çatdırılması sərmayə qoyuluşlarının artırılmasına mühüm töhfə verəcək”.

Nazir müavini onu da əlavə edib ki, bu gün iki ölkə arasında qeyri-neft sektoru və xidmətlər sahəsində də əlaqələrin artırılması üçün imkanlar mövcuddur:

“Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsulların Yaponiya bazarına ixracının təşviqi, yapon şirkətlərinin bu sənaye zonalarında investisiya layihələrinə cəlb edilməsi ikitərəfli əlaqələrin artırılmasına töhfə verə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir