Dünya

Pakistanlılar əfqan mühacirlərə görə oturaq aksiyaya başlayıblar

Sharing is caring!


Əfqanıstan-Pakistan sərhədində minlərlə Pakistan vətəndaşı İslamabadın miqrasiya siyasətinə etiraz olaraq uzunmüddətli oturaq aksiyaya başlayıb.

Aksiya Pakistanın “Çaman” keçid məntəqəsində keçirilir.

Pakistanlılar hökumətdən tələb edirlər ki, xarici pasportu olmayan əfqanların ölkəyə girişinə qadağa qoyulması qərarı ləğv edilsin.

Məlumat üçün əlavə edək ki, bəzi rəqəmlərə görə, Pakistanda 50 milyondan çox etnik puştun yaşayır. Onlar bu aksiya ilə Əfqanıstanda yaşayan puştunlara dəstək nümayiş etdirirlər.

Xatırladaq ki, Pakistan ölkəyə qeyri-qanuni yolla mühacirət etmiş bütün Əfqanıstan vətəndaşlarını ölkədən deportasiya edəcəyini bəyan edib.

Mənbə: TOLOnews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir