Dünya

Antalyada rusiyalı turistləri daşıyan avtobuslar bir-biri ilə toqquşublar: Çoxlu sayda xəsarət alanlar var

Sharing is caring!


Türkiyənin Antalya vilayətində rusiyalı turistləri daşıyan iki mikroavtobus toqquşub.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunur ki, hər iki nəqliyyat vasitəsi Antalyanın Qılızağaç kəndi yaxınlığında toqquşub.

Qəza nəticəsində çoxlu sayda rusiyalı turist xəsarət alıb.

Xəsarəti ciddi olan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi mikroavtobusların sürücüləri, digər beş nəfər isə rusiyalı turistlər olub.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir