İqtisadiyyat

Nazir: “Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 40-a çatıb” – FOTO

Sharing is caring!


“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşıb.

Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb.

“Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir